|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Şuşanın azad edilməsi planının detalları - VİDEO
Tarix 09.11.21, 10:35 |
|
Bir il öncə 10386 gün işğalda olan qədim Azərbaycan şəhəri Şuşanın azad olunması üçün geniş miqyaslı hərəkat başlanır. Əsas baza Xüsusi Təyinatlı Qüvvələr olmaqla, digər qoşun növlərinin iştirakı ilə Şuşanın azad olunması üçün hücum əməliyyatına start verilir.
AzFakt.com xəbər verir ki, Şuşanın azad olunması ilə bağlı plandan ilk dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!” sənədli filmində danışılıb.
Azad etmə planına əsasən, Şuşaya yaxın ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif kontingentlərinin yerləşdiyi iki hədd yaradılır - birinci hədd cənub-qərb istiqamətində, digər hədd isə şimal-şərq istiqamətində təşkil olunur.
2020-ci il noyabrın 2-də hücum siqnalı verilir. Düşmənin mövqelərinin arxasına sızma əməliyyatından öncə Quru Qoşun qüvvələrinin hücumu ilə iki istiqamətdə aldadıcı manevr döyüşlərini başladılır.
Taktiki gediş özünü doğruldur. Düşmən hərbi kontigentini və döyüş texnikasının böyüş hissəsini Azərbaycan Ordusunun motoatıcı qüvvələri ilə döyüşmək üçün səfərbər edərək, Şuşa yaxınlığındakı Şuşakənd və Daşaltı istiqamətlərində toplayır.
Planın əsas hissəsinin işə salmaq anı artıq yetişib. Xüsusi Təyinatlı Qüvvələrin düşmən qüvvələrinin təmas xəttini keçərək, onların mövqelərinin arxasına sızma əməliyyatına start verilir.
Noyabrın 2-dən 3-nə keçən gecə ikinci həddən üç XTQ qrupu Laçın-Şuşa-Xankəndi yoluna doğru hərəkətə başlayır.
Marşrut yolsuzluq üzərindən qurulur. Əslində mövcud olmayan bu yollar uzun illər insan ayağı dəyməyən, sıx meşələr, çay yataqları və qayalıqlardan keçir. Belə olan şəraitdə silah-sürsatın daşınması üçün hansısa nəqliyyat vasitəsindən danışmaq ümumiyyətlə, mümkün deyildi. Bu səbədən XTQ "Bir bir hədəf, bir atış” prinsipinə keçir.
XTQ bir gecəyə hava məsafəsi olaraq 21 km məsafə qəth edir.
"Bizim tapşırığımız Şuşanı azad eləmək olduğu üçün, fəaliyyətimizə tam tərsdir ki, hansısa yerdə bir, iki, üç və yaxud bir neçə düşmənə görə öz fəaliyyətimizi aşkara çıxaraq” - deyir XTQ üzvü.
"Şuşa əməliyyatını biz planlaşdırdıq. Digər rayonların azad edilməsindən fərqli olaraq, mənim tərəfimdən Şuşa əməliyyatında bəzi xüsusi tələblər qoyulmuşdu. Əsas fikir, diqqət, güc ancaq tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi” - deyir XTQ komandanı general-leytenant Hikmət Mirzəyev.
Digər dəstələr isə noyabrın 3-ü və 4-ü hərəkətə başlayır.
XTQ Şuşa-Laçın yolundan əvvəl yüksəklikdə olan erməni postlarını ələ keçirir. Bu, 1553 yüksəkliyi idi. Bu yüksəklik ələ keçiriləndən sonra, Daşaltı tam olaraq nəzarətdə qalırdı. Həmin yüksəklikdə ermənilərin olması isə, XTQ-nin məhv etdiyi düşmənin üzərindən çıxan xəritələrdə müəyyənləşib. Əgər bu yüksəklik ələ keçirilməsəydi, ordumuzun bütün fəaliyyəti düşmən tərəfindən nəzarət altında olacadı.
Şuşanın azad olunma planının əsas prinsiplərindən də biri düşmənin təminat yolunun bağlanılması idi. Çünki Ermənistandan düşmənə davamlı olaraq hərbi texnika və canlı qüvvə yardımı gəlirdi. Ona görə də Laçın-Şuşa-Xankəndi nəyin bahasına olursa, olsun bağlanmalı idi.
XTQ üzvü əlavə edir: "Laçın yolunun bağlanması tapşırığı gəldi. Öz bölməmdən üç hazırlıq qrupu yaratdım, onları sürətli şəkildə özümdən öncə göndərdim. Yuxarı komandanlıq da artıq tələb edirdi ki, sürəti artırmaq lazımdır. Mən komanda verdim ki, sızıb sağdan-soldan qalxmaq imkanınız varsa, qalxsın. 20-25 dəqiqə müddətində orada açıq döyüş getdi. Onların Laçın yolunun kənarında əvvəlcədən hazırladıqları mövqe var idi. Bu, bütün yolboyu idi - Laçından Şuşaya qədər. Qrup komandirlərinə şəxsi heyətlərini gətirmələrini deyib, özüm getdim. Artıq o iş görülməli idi. Sürətli şəkildə Laçın yolu istiqamətində qalxdıq. Laçın yoluna çatmamış, təxminən 50 metrdən üstümüzə atışlar gəldi. Düşmən yuxarıda olduğu üçün, onlara daha rahat idi. Biz isə 600 metr yüksəklik qalxdığımız üçün yorulmuşuq”.
Bu zaman komandirlərdən biri hiylə işlədir. O, düşmənin aldatmaq məqsədilə açıq efirə, rabitəyə çıxır. XTQ üzvü rabitə danışığında bilərəkdən iki zabitin adını çəkir. Çünki düşmənin Azərbaycan dilini bilməsindən xəbərdar idi. O, zabitin birinə 50 nəfər götürüb sağ cinahdan, digərinə isə 60-70 nəfər götürüb sol tərəfdən getməsi "tapşırığını” verir. Bu zaman XTQ üzvü özünün mərkəzdən irəliləyəciyini bildirir. Düşməni aldatmaq cəhdi baş tutur və ermənilər qaçmağa başlayır. Bu zaman XTQ 15-20 saniyəyə 50 metr irəliləyərək Laçın yoluna qalxır. Onlar Laçın istiqamətidə qaçan düşməni görürlər və erməniləri məhv edirlər.
Bu zaman yuxarı komandanlığa Laçın yolunun təmiz olduğuna dair məruzə olunur.
Artıq Ermənistan istiqamətindən düşmənin təminat yolu bağlanmışdı. Bir neçə istiqamətdən Şuşaya tərəf sızan XTQ Laçın-Şuşa-Xankəndi yolunu keçməliydi. Eyni zamanda şəhərə daxil olmaq üçün, üç qrup Daşaltı kəndinin sağ tərəfindən qayalıqlardan qalxmaqla, digər bir dəstə isə qayalıqların arasından keçərək çay yatağı boyunca məşhur Şuşa həbsxanası istiqamətində şəhərə daxil olmaq üçün hərəkətə başlayır.
Düşmənin ağlına belə gəlmir ki, XTQ qayalıqlardan dırmaşaraq Laçın dəhlizinə çıxacaq. Şuşa-Laçın yoluna çatanda artıq hərbçilərimiz təmasa girmək məcburiyyətində olur. XTQ yolda düşmənin atdığı pusqunu da yararaq orada bir nəfər belə olsun, sağ erməni qoymur. Bundan başqa, yolun üzərində olan patrullar da məhv edilir, digələri qaçıb gedirlər.
Düşmənin bütün fikri həmin yolun açılmasına yönəlir. Yuxarı komandanlıqdan Xankəndi-Şuşa yolunu nəzarətə götürən xüsusi təyinatlı qrupa belə bir əmr gəlir:
"Düşmənin Xankəndi istiqamətindən gələn canlı qüvvəsi məhv edilsin! Amma tanklar Şuşa istiqamətində buraxılsın. Onlar şəhərdəki dəstələr tərəfindən məhv ediləcək!”
XTQ Qala divarlarına çatır. Bu zaman düşmənin tankı bu istiqamətdə atış edir. Qala olmasaydı, ciddi itki ilə üzləşəcəyimiz şübhəsiz idi.
Xüsusi təyinatlıların bir neçə qrupunun Laçın-Şuşa-Xankəndi yolunu keçməsi və yolu nəzarətə götürməsindən sonra, Şuşanın əsas girişi istiqamətində ağır silahlarla döyüş əməliyyatlarına start verilir. Düşmən bütün ağır texnikasını və canlı qüvvəsini buraya toplayır.
Düşmən artilleriyadan atəş açmağa başlayır. Burada düşmənin qüvvəsi bizim qüvvəmizdən daha çox olur.
Artilleriyanın təhlükəsiz məsafəsi 400 metrdən götürülür. Şuşa əməliyyatında təmaslar var ki, hansı ki, 150-200 metr, ondan da daha yaxın olur. Buna baxmayaraq, şəxsi heyət bizim artilleriyanın işə düşməsini istəyir. Bu, çox böyük risk idi. Bu, eyni zamanda bizim artilleriya bölmələrimizə olan inamın göstəricisi idi. Bundan sonra artilleriyamız təyin olunan nöqtələrə çağrılır. Bu zaman XTQ düşmənin ağır texnikalarla və 150-200 nəfərlik şəxsi heyətlə həmlə etməsini müşahidə edir. Xocavəndin Tuğ kəndindən açılan artilleriya atəşi nəticəsində düşmənin bütün canlı qüvvəsi məhv edilir!
Bundan sonra Şuşanın girəcəyi təmin edilir. Artıq ermicə yazılan Şuşa yazısı görünür.
XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev:
"İçimizdə daima o hiss olub ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə olub. Mən hətta bir çox rəhbər heyətinə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda oranı biz ələ keçirəcəyik. Hadrut və Füzulini ələ keçirdikdən sonra, gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı biz təmizləyəcəyik. Bununla bağlı hətta Müdafiə Nazirliyində bir-iki nəfərə də bunu qeyd etmişdim”.
Artıq Şuşanın azadlığının total xarakter aldığını görən düşmən, Azərbaycan ordusunun təminat yollarını bağlamağa cəhd edir. Laçın istiqamətindən bütün imkanları ilə hücuma keçir. Laçın-Şuşa-Xankəndi yolunu nəzarətdə saxlayan qüvvələrlə qanlı döyüşlərə girsə də, məqsədinə çata bilmir və geri çəkilir.
Bizim əsgərlər yol üzərinə çıxanda düşmən bizimkilərlə ermənicə danışmağa başlayıb. Çünki onların ağlına belə gəlməzdi ki, əsgərlərimiz onların döyüş mövqeyinin içindədir. Düşmən dərhal yol üzərində məhv edilir!
Yol sağ və soldan bağlanaraq nəzarətimizə keçir. Yoldan dəhliz kimi istifadə edən XTQ Şuşaya ayaq basmağa başlayır.
Noyabrın 6-sı səhər saatlarında XTQ təyin olunmuş həddə çatır.
Eyni zamanda xüsusi təyinatlı qrupların artıq Şuşanın içində olduğunu görən düşmən, Xankəndi istiqamətindən şəhərdəki qüvvələrinə yardım etməyə can atır. Növbəti dəfə Qala divarları istiqamətində Şuşaya girməyə cəhd edir.
15 nəfər XTQ üzvü təmizləmə əməliyyatı üçün Şuşanın içinə doğru hərəkət edir. 20 nəfər isə Qalanın müdafiəsində qalır. Düşmənin canlı qüvvəsi məhv edilir, düşmən tankları isə onun arxasında piyada qüvvəsinin qalmadığını görür və geriyə doğru qaçır. Üstündən bir neçə saat keçdikdən sonra, düşmənin ikinci həmləni edir. Bu zaman XTQ-də olan tank əleyhinə vasitələr tükənmişdi. Düşmən isə tankı uzaqdan vura bilmədiyimizi görüb bir az ürəklənir. Ermənilərin canlı qüvvəsi yenə məhv edilir, tanklar geri dönür.
Düşmən qüvvələri Laçın istiqamətində təminat ala bilmədiklərini görüb yenidən Xankəndi istiqamətindən üçüncü dəfə Şuşaya girməyə cəhd edir, Qala divarlarını atəşə tutur, ağır texnikadan istifadə edir.
Düşmən Şuşanın içinə şəxsi heyəti maşınlarda keçirmək istəyir. Axşam saat 17:30-dan başlayan döyüş səhər saat 6-ya kimi davam edir.
XTQ-nin snayperləri köhnə Şuşa otelinin 4-cü mərtəbəsinə yerləşirlər. Buradan şəhərin əsas küçələrini müşahidə altına almaq mümkün olur. Snayperlər 15 ermənini təmasa girməyə imkan vermədən məhv edir. Ora təmizləndikdən sonra XTQ qrupları əraziyə daxil olur. İcra Hakimiyyətinin altında düşmənin qərargahı olub. Qərargahın şəxsi heyətini snayperlərimiz, əksəriyyətini də başından vurmaqla məhv etmişdilər.
Çıxılmaz vəziyyətdə qalan düşmən, şəhəri bir neçə istiqamətdən ağır artilleriyadan atəşə tutmağa başlayır. Bu zaman ermənilər hətta "İskəndər”, "Smerç” tipli raketlərdən, o cümlədən kasetli bombalardan istifadə edir. Bu qədər şiddətli atəşlərə baxmayaraq, XTQ-dən həmin an yaralanan belə olmur.
Nəticədə Şuşa İcra Hakimiyyətinin binasına Azərbaycan bayrağı sancılır. Bu zaman tarix 7 noyabrı, saat isə 13:45-i göstərir. Ardınca Azan oxunur, bundan sonra isə XTQ üzvləri dövlət himnini oxuyurlar.
Şuşa artıq azaddır!
Xəbərin oxunma sayı : 706
Maraqlı
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV