Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ukrayna ərazilərindəki seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur” – BMT bəyanat yaydı

Tarix 16.03.24, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


BMT Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirməsini pisləyib.

Martın 15-də Təhlükəsizlik Şurasının iclasında BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib ki, beynəlxalq hüquqa əsasən bu seçkinin heç bir hüquqi qüvvəsi yoxdur.

“Dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsipi kollektiv təhlükəsizliyimizin təməl daşıdır. İstər təhdid altında, istərsə də güc yolu ilə bir dövlətin ərazisinin digər dövlət tərəfindən ilhaq edilməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Ancaq Rusiya Federasiyasının Ukraynada etməyə çalışdığı, saysız-hesabsız iztirablara və dağıntılara səbəb olan məhz budur” – deyə, BMT baş katibinin müavini bildirib.

O əlavə edib ki, BMT-nin İnsan Haqları Monitorinq Missiyası sözügedən seçkini sənədləşdirib.

İclasda o da bildirilib ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət olan Rusiya Federasiyası işğal olunmuş ərazilərdə Ukrayna qanunlarına riayət etməyə borcludur. Həmçinin bildirilib ki, bu hərəkətlərin heç bir beynəlxalq hüquqi qüvvəsi olmadığına görə, Ukraynanın bu regionlarının statusunda hər hansı dəyişiklik üçün əsas ola bilməz.

Rusiyada president seçkisinə səsvermə martin 15-dən başlanıb, 3 gün davam edəcək. Rəsmi Moskvanın qanunsuz ilhaq etdiyi Ukrayna regionlarında da 100 minədək səsvermə məntəqəsi açılıb.

Ukrayna və Qərb hökumətləri Moskvanın Ukrayna regionlarında keçirdiyi səsverməni qanunsuz adlandırıblar.

Seçkinin nəticəsinin martın 18-də elan ediləcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 637




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap