Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ukrayna ordusunda “Patriot“ raket sistemləri tükənir“ - Podolyak

Tarix 13.04.24, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


“Silahlı Qüvvələrin arsenalındakı “Patriot” raket sistemlərinin sayı ilə bağlı vəziyyət kritikdir”.

APA-nın xəbərinə görə, bunu “The Guardian“ nəşrinə Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. O əlavə edib ki, ordu həmçinin silah-sursat çatışmazlığı ilə də üzləşib. M. Podolyak deyib ki, Rusiya tərəfi elektrostansiyalara 10-12 ədəd raketlə eyni anda hücum etdiyindən “Patriot” sistemlərinin işində çətinliklər yaranır.

Ukrayna rəsmisi BMT-nin fəaliyyətindən də gileylənib: “Hücumlar eyni anda müxtəlif istiqamətlərdən həyata keçirilir. Bu zaman isə artıq “Patriot” effektivliyini göstərə bilmir. Hazırda biz əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyac olub-olmadığını müəyyən etməyə çalışırıq. Qərb nəhayət anlamalıdır ki, Rusiya mülki əhaliyə qarşı da müharibə aparır. Rusiyanın zərbələri nəticəsində Avropanın nəhəng istilik elektrik stansiyalarından biri dağıdılıb. Lakin indiyədək BMT Təhlükəsizlik Şurası bununla bağlı hər hansı qətnamə qəbul etməyib”.



Xəbərin oxunma sayı : 724




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap