“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?

Tarix 29.04.24, 23:18

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azərbaycanda toyuq ətinin qiymətində bahalaşma müşahidə olunur. Buna səbəb isə ölkədə toyuq ətinə tələbatın kəskin şəkildə artmasıdır. Bu ilin əvvəlində də ayrı-ayrı satış məntəqələrində bu məhsulun satışında müəyyən qədər bahalaşmaya rast gəlinib. Amma bu tendensiya hələ ki, geniş vüsət almayıb və topdansatış istehsal müəssisələrini əhatə etməyib.

Bəs, tələbatın artması quş əti məhsullarının qiymətini artıra bilərmi?

Musavat.com bildirir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli İqtisadiyyat.az-a açıqlamasında toyuq ətinin qiyməti ilə bağlı öz proqnozlarını bölüşüb.

O, toyuq ətinin qiymətində hazırda hər hansı bir artımın olmadığını və olmayacağını söyləyib. Assosiasiya sədri buna səbəb kimi isə Azərbaycandan ət ixracının olmadığını göstərib.

M.Həsənli tələbatın artmasına baxmayaraq, hazırda kifayət qədər ət ehtiyatı normasının mövcudluğunu vurğulayıb:

"Azərbaycana ət idxalı əsasən Rusiya, Ukrayna və Belarusiyadan edilir. Onlar da daha çox kolbasa və sosiska üçün gələn ət idxalıdır. Digər idxal o qədər də yoxdur. Ölkə fabirklərində kifayət qədər istehsal var və hazırda da istehsal artmaqda davam edir. Əminliklə deyə bilərik ki, keçən ilə nisbətdə ətin qiyməti qalxmayıb".

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton quş əti istehsal olunub. Ötən ilin eyni dövründə isə bu rəqəm 23,5 min ton idi. Ümumilikdə, bu ilin üç ayında quşçuluq müəssisələri üzrə cəmi quşların sayı 10607,5 min baş olub.



Xəbərin oxunma sayı : 880




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap