“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir - Tiflis meri

Tarix 29.04.24, 22:47

Font ölçüsü : - / +
bitmap-img6

 
“Qeyri-hökumət təşkilatlarına ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

“Son bir neçə həftə bir daha təsdiqləyib ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir. Məlum olub ki, guya kənd təsərrüfatına, əlillərin qayğısına qalmalı olan pulların böyük hissəsi havaya sovrulmayıb. Bütün QHT-lər ehtiyac duyduqda dərhal mitinqlərə çıxarılaraq milli maraqlara qarşı çıxdılar”, - Kaladze hakim partiyanın təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun qəbuluna dəstək mitinqində deyib.

Qeyd edək ki, Tiflisdə, Rustaveli prospektində parlament binası yaxınlığında hakim partiya öz təşəbbüslərinə dəstək aksiyası keçirir.

Artıq nümayişçilər qarşısında Gürcüstanın baş naziri İrakli Kobaxidze, partiyanın rəhbəri, keçmiş baş nazir İrakli Qaribaşvili, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze, eləcə də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış ediblər.



Xəbərin oxunma sayı : 958




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap