Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ukrayna Rusiya deyil…” –Poroşenkonun seçki bloku

Tarix 22.04.19, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada prezident seçkisinin ikinci turundan sonra ortaya çıxan mənzərə gözləniləndən çox da fərqlənməyib. Bununla yanaşı, namizədlərin son açıqlamaları Ukraynanın demokratiyanın inkişafı istiqamətində daha bir olduqca önəmli addım atdığını təsdiqləmiş oldu.

İlk olaraq, Pyotr Poroşenko hələ seçkinin rəsmi nəticələri tam açıqlanmamış Vladimir Zelenskini təbrik etməsilə bir çox postsovet ölkələri üçün hakimiyyətin heç bir qarşıdurmasız və sivil qaydada ötürülməsi nümunəsi oldu.

Pyotr Poroşenkonun rəhbərlik etdiyi siyasi blok seçkinin nəticələri və gələcək planlarla bağlı şərhlər verib. Blokun parlamentdəki fraksiyasının rəhbəri Artur Gerasimov xatırladıb ki, Poroşenko öncədən seçkinin istənilən nəticəsini qəbul etməyə hazır olduğunu bildirmişdi. Həmçinin, A.Gerasimov Poroşenkonun siyasi rəqiblərinin nədənsə qorxmasına, ehtiyat etməsinə heç bir əsasın olmadığını söyləyib və Ukraynanı Rusiya ilə müqayisə edərək, “Ukrayna Rusiya deyil” deyə bildirib.

A.Gerasimov əlavə edib ki, Ukrayna Rusiyadan fərqli olaraq, demokratik ölkədir və bunu beynəlxalq təşkilatlar, eləcə də seçki müşahidəçiləri rəsmən təsdiqləyiblər.

Bundan öncə isə P.Poroşenko seçkisonrası çıxışında Zelenskini təbrik etməklə yanaşı, prezidentlik postunu tərk etsə də, siyasətdə qalacağını bildirib. Hazırkı prezidentin rəhbərlik etdiyi siyasi blokun digər təmsilçisi Aleksey Qonçarenko isə deyib ki, bundan sonra P.Poroşenko bütün diqqəti payızda keçiriləcək parlament seçkisinə yönəldəcək və onun partiyası yeni hakimiyyətə müxalif olacaq. (Azpolitika)




Xəbərin oxunma sayı : 568




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap