“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək hüququ var“ - Stoltenberq

Tarix 13.06.24, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın Rusiya ərazisindəki hərbi əhəmiyyətli hədəfləri vurmaq hüququ var.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

NATO Baş katibi bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya verilən silahların istifadəsinə dair müxtəlif məhdudiyyətləri var. "Amma mən müttəfiqlərin Rusiya daxilindəki hərbi hədəflərə qarşı da silahdan istifadəsi ilə bağlı məhdudiyyətlərini azaltmasını və ya aradan qaldırmasını alqışlayıram. Çünki biz başa düşməliyik ki, bu, işğalçılıq müharibəsidir. Rusiya Ukraynaya hücum edib və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var və özünümüdafiə hüququna təcavüzkar Rusiyanın ərazisinin qanuni hərbi hədəflərinə zərbələr endirmək də daxildir".

Baş katib Stoltenberq deyib ki, əgər Ukraynaya ona hücum edən hərbi hədəfləri vurmağa icazə verilmirsə, lakin eyni zamanda Ukraynadan özünü müdafiə etmək istənilirsə bu bir növ ölkənin "əllərini arxadan bağlamaqla " müqayisə oluna bilər.

"Özünümüdafiə eskalasiya deyil. Özünümüdafiə hüququ BMT nizamnaməsində təsbit olunub və bizim Ukraynaya özünümüdafiə etməkdə kömək etmək hüququmuz var və bununla da NATO müttəfiqləri münaqişənin tərəfinə çevrilmir".

NATO Baş katibi xatırladıb ki, indiyədək döyüşlərin böyük hissəsi Ukrayna ərazisinin dərinliklərində gedirdi, "lakin indi Rusiya şimalda yeni cəbhə açıb".

"Xarkov birbaşa Rusiya ərazisindən, sərhədin üzərindən bombardman edilir. Sərhəd və cəbhə demək olar ki, eynidir. Əgər Rusiya artilleriyası, raketləri ərazinin Rusiya tərəfində təhlükəsiz bir şəraitdə olarsa, Ukraynanın özünü müdafiə etməsi son dərəcə çətinləşər. Ukraynanın Rusiya ərazisinin hərbi obyektlərinə zərbə endirmək hüququ var", - Stoltenberq vurğulayıb.



Xəbərin oxunma sayı : 1000




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap