“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Universitetin tələbəni mitinqdə iştiraka görə qovmaq hüququ var” – Putinin sözçüsü

Tarix 22.01.21, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


“Tələbələrin bu və ya başqa aksiyalarda iştirakı, qeyd-şərtsiz, tələbələrin şəxsi işidir. Ancaq tələbələrin qanunsuz aksiyalarda iştirakı, sözsüz, bu təhsil müəssisələrinin rəhbərliyindən müxtəlif yanaşmalara səbəb ola bilər, hər bir təhsil müəssisəsinin bununla bağlı öz siyasəti ola bilər”.

“Interfax” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Bundan əlavə, əlbəttə ki, Təhsil Nazirliyinin də bununla bağlı ümumi mexanizmləri ola bilər”, – o əlavə edib.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə irəli sürüldüyünü iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 55 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi aksiyaların keçirilməsi planlaşdırılır. (report)



Xəbərin oxunma sayı : 859




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap