Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Valyuta ehtiyatımız 52 milyard yox, 6 milyard dollardır” – Qubad İbadoğlu

Tarix 02.02.20, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


 “Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollar deyil, Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın saytında göstərildiyi kimi 6 milyard 258 milyon dollardır”.

AzFakt.com bildirir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu Mərkəzi Bankın sədri Elman Rüstəmovun keçirdiyi mətbuat konfrasında dediyi “əgər hər hansı şok hadisə baş versə belə, 52 milyard dollar valyuta ehtiyatımız var və bütün şokların qarşısını almağa gücümüz çatar” bəyanatını şərh edərkən bildirib.

Q.İbadoğlunun sözlərinə görə, valyuta ehtiyatları kimi təqdim olunan Dövlət Neft Fondunun aktivləri yalnız valyutadan ibarət deyil. Ekspert deyib ki,  2019-cu ilin 30 sentyabr tarixinə olan məlumata görə, ARDNF-nin aktivləri 42 524,4 mln. ABŞ dolları olub ki, onun da 69,6 faizi istiqrazlar və pul bazarı alətlərində, 13,4 faizi səhmlərdə, 11,4 faizi qızılda və 5,6 faizi əmlakda yerləşdirilib: “Aktivlərin tərkibindən göründüyü kimi, bu vəsaitlərin likvidlik (pula çevrilmə qabliyyəti) dərəcəsi müxtəlifdir. Eyni zamanda aktivlərin 33,1 faizi 1 illik, 43,3 faizi 1-3 illik, 12,2 faizi 3-5 illik, 11,4 faizi 5 ildən çox müddətə yerləşdirilib. Deməli, hətta bu vəsaitlər likvid olsa da ARDNF onun üzərində istədiyi vaxt sərəncam verə bilməz. Üçüncüsü, qlobal maliyyə bazarlarındakı şoklar aktivləri dəyərsizləşdirə bilər. Yəni səhmlər qiymətdən düşə, əmlak və qızıl isə dəyərsizləşə bilər. Odur ki, beynəlxalq metodologiyada ölkənin rəsmi valyuta ehtiyatları dedikdə yalnız AMB-nin sərəncamında olan vəsaitlər nəzərdə tutulur. Əgər Maliyyə Nazirliyinin yığımları varsa o da buna əlavə oluna bilər”.

“Nəhayət, AMB-nin sədri bilməlidir ki, qlobal şoklar yalnız tədiyə balansına təsir göstərmir, həm də onu da bilməlidir ki, neftin uzuzlaşmasının sonun həddi 55 dollar olmaya bilər”- deyə Q.İbadoğlu vurğulayıb.

 



Xəbərin oxunma sayı : 763




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap