Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Yapı Kredi Bank”ın Nərimanov filialındakı kassirlər “axtarılır”

Tarix 20.05.17, 20:27

Font ölçüsü : - / +
bitmap-img6


Filial müdiri isə yerində tapılmır

Legion.az-a “Yapı Kredi Bank”ın Nərimanov filialından şikayət daxil olub.

Şikayətdə bildirilir ki, bankın Nərimanov filialındakı 4 kassadan gün ərzində ancaq biri vətəndaşlara xidmət edir. Bankda isə onlarla vətəndaş məcbur olub növbədə dayanır, saatlarla vaxtını itirir, insanlarda əsəbilik, gərginlik yaranır. Bütün bunlar filial rəhbərliyini qəti narahat etmir. Digər 3 kassada çalışan bank əməkdaşları isə heç nə olmamış kimi arada özləri üçün gəzişirlər, biri əlində energetik içki sanki növbədə dayananlara acıq verir, digəri iş yoldaşı ilə söhbət edir, o biri isə növbədənkənar “tapşırılan” əməkdaşları növbəsiz yola salır.

Yerdə qalır cəmi bir işçi. O isə növbə ilə onlarla vətəndaşa xidmət edir. Beləcə 5 dəqiqəlik iş saatlarla vaxt aparır.

Növbə gözləyən vətəndaşlardan bir neçəsi öz iradlarını bildirsələr də baş verənlər bank əməkdaşlarının heç vecinə də olmadı.

Hadisə yerində olan və bu gərginliyi müşahidə edən əməkdaşımız bank əməkdaşlarının nə dərəcə qeyri- peşəkar olduğu qənaətinə gəlib.

Əməkdaşımız bildirir ki, baş verənlərlə bağlı müştərilər rəhbərliyə şikayət etmək istəsələr də filial müdiri iş vaxtı yerində tapılmayıb. Və vətəndaşlar saatlarla gözləmək məcburiyyətində qalıblar.

Bəli, “Yapı Kredi Bank Azərbaycan” öz müştərilərinə belə xidmət göstərir. Əgər buna xidmət demək olarsa…

Legion.az olaraq məsələ ilə bağlı “Yapı Kredi Bank Azərbaycan” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Heydər İsmayılovla əlaqə saxlasaq da zənglərimizə cavab vermədi.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap