Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Üzümçülük və şərabçılığın inkişafı üçün ölkəmizdə ciddi potensial var“ - Elnur Allahverdiyev (VİDEO)

Tarix 31.05.20, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


“Üzümçülük və şərabçılığın inkişafı üçün ölkəmizdə ciddi potensial və perspektivlər var. Azərbaycanda yetişdirilən 300-dək yerli və 200-dək digər ölkələrdən gətirilən üzüm növləri müxtəlif növ şərab, habelə konyak, brendi və şampan markalarının istehsalına imkan verir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Elnur Allahverdiyev Milli Məclisdəki çıxışı zamanı deyib.
 
Parlamentdəki çıxışını “Facebook” səhifəsində paylaşan millət vəkili fikirlərini belə ifadə edib:

“Üzümçülüyün inkişafı ötən əsrin 70-ci illərindən başlayır və xalqımızın ümummlli lideri Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadiyyatın bu istiqaməti özünün çiçəklənmə dövrünü məhz 1970-80-ci illərdə yaşayıb. 1969-82-ci illərdə SSRİ Nazirlər Soveti səviyyəsində Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafını nəzərdə tutan 3 qərar qəbul olunub. 1969-cu ildən etibarən üzümçülük sahələri hər il artmış və 1984-cü ilin məlumatına görə, 254 min hektara çatdırılmışdır. Həmin il Azərbaycanda 2 milyon 164 min ton məhsul tədarük olunub. Bu keçmiş SSRİ-də istehsal olunan üzümün 30% olmaqla, Azərbaycanın ittifaq səviyyəsində birinciliyini təmin etmişdir. 1984-cü ildə respublika büdcəsinin 40%-ni üzümçülük və şərabçılıqdan gələn gəlirlər təşkil edib. Bu fakt bir daha onu göstərir ki, sözügedən sahənin qeyri-neft sektorunun inkişafı nöqteyi-nəzərdən olduqca ciddi potensialı var”.
 
“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndakı təhlillərə görə, bir ton Azərbaycan şərabının dünya bazarındakı orta qiyməti 1200 ABŞ dollarıdır. Bu qiymətlə şərabçılıq məhsullarımızın dünya bazarında özünə böyük həcmdə əlverişli yer tutması üçün olduqca ciddi perspektivlər var. Həm qiymət, həm yerli üzüm sortlarının özünəməxsus dadı və keyfiyyəti, həm ötən əsrin 80-ci illərindəki istehsal səviyyəsinin bərpası potensialı bu məqsədi olduqca əlverişli edir.

Bugün Milli Məclisin plenar iclasında müzakirə etdiyimiz məsələlərdən biri də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik oldu. Dəyişikliyə dair məruzə ilə çıxış etdim. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda 12 iyul 2019-cu il tarixində edimiş dəyişikliyə görə, qanunun 14.12-ci maddəsindən “qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli” sözləri çıxarılıb. Buna uyğun olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişiklik edilməsi attestasiya və dövlət reyestrinə daxil etmək üçün nəzərdə tutulmuş rüsumların ləğv edilməsini nəzərdə tutur".

 




 





Xəbərin oxunma sayı : 937




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap