Cazibədar modeldən seksual paylaşım - FOTO Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..." Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO Hadisə sinəsini böyüdüb? - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Mart 2020

    Cazibədar modeldən seksual paylaşım - FOTO

  • / Gündəm / — 18 Mart 2020

    Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..."

  • / Maqazin / — 14 Fevral 2020

    Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO

  • / Maqazin / — 10 Fevral 2020

    Hadisə sinəsini böyüdüb? - VİDEO

  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 04 Fevral 2020

    Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO

“Zərgərlik sahəsində rəqabət mühiti ilə bağlı çatışmamazlıqlar var” - Mikayıl Cabbarov

Tarix 18.02.20, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzərə almalıyıq. İqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

“Son illər ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. Regionlarda qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların da istehsal potensialı böyükdür. Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”, - o qeyd edib.

Bununla yanaşı, nazirin sözlərinə görə, bu sahədə də şəffaflığın təmin edilməsi vacib məsələdir: “Biz “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması da bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmamazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacayıq. Bazarda ədalətli və şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturların üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosasiyasının yaradılması təqdirəlayiqdir. Həmçinin zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlardan və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir”.



Xəbərin oxunma sayı : 664

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda