Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

AAAF-da karikatura krizisi - Heydərov sakinləri niyə işıqsız qoydu? - Foto/Video

Tarix 20.11.18, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


“AAAF rəhbərliyindən olan səlahiyyətli nümayəndələrlə görüşümüz oldu. Amma təəssüflər olsun ki, bir neçə gün öncə yazdığım şikayətlərin demək olar ki, heç biri təmin olunmayıb. Yaxın günlərdə də olunacağı görünmür”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının təbliğat və təşviqat üzrə sədr müavini Tamilla Qulami deyib.

Tamilla Qulami bildirib ki, qazanxana sakinlərin evlərini isitmir:

“Qazanxana rəhbərliyin otaqlarını, bir də əlavə olaraq şəhərcikdəki məktəb və baxçanı isidir. Həmin qazanxanaya 21 saylı küçə – bizim küçəmiz də qoşuludur, amma sakinlərə gedən xətti bağlayıblar. Halbuki, bu küçənin heç bir borcu yoxdur.

Bugünkü görüşdən sonra ümid edirəm ki, qaz sayğaclarına görə sakinləri işıqlarını kəsməklə “cəzalandırmayacaqlar”. Çünki səlahiyyətli qurumlara da şikayət olunub, gözləyirik”.

Tamilla Qulaminin sözlərinə görə, qaz, su, işıq sayğaclarına görə AAAF rəhbərliyi sakinlərdən pul istəyir:

“Halbuki, evi alanda vətəndaş işıq və su sayğaclarına ödəniş edib. Çeklər də var. Qaz sayğacına pul istəyirlər, deyirik pulsuzdur. Nazirliyin də rəsmi sənədi var əlimizdə, təqdim etdik. İndi də deyirlər, smart sayğaclar quraşdırırlar, ona istəyirik. Hələ alınmamış bir şeyə görə sənədsiz-sübutsuz kim pul ödəyib, görəsən? Sayğac üçün pul ödənmədiyinə görə bu soyuq vaxtlarda işıqları da söndürürdülər ki, bəlkə qanunsuz qoyduqları sayğac pulunu sakinlərdən alsınlar”.


Şirkət rəhbərliyi ilə görüşdən sonra isə Tamilla Qulaminin və onunla birgə şirkət rəhbərliyi ilə görüşə gedən şəxsin evinin işığını da kəsiblər. Tamilla Qulami bildirir ki, AAAF rəhbərliyi müfəttiş göndərərək, borcu olmadığı halda işığını kəsdirib:

“AAAF Parkda qaz sayğacları quraşdırılıb. “Azəriqaz”la əlaqə saxladıq, qaz sayğaclarının pulsuz olduğunu bizə bildirdilər. Hətta bir neçə nazirliklə də əlaqə saxlamışıq. Eləcə də Energetika Nazirliyi yanında Enerji Agentliyi idarəsi də bizə eyni sözü dedi. Bütün bunlar hamısı qanuni olaraq, qurumların rəsmi səhifəsində də yerləşdirilib. Biz heç bir halda qanunsuz addımlar atmırıq. Sayğacların pulsuz olduğunu qeyd etdikdə isə deyirlər ki, smart sayğaclar quraşdırılacaq, pulu onlara istəyirik. Biz pul ödəməkdən imtina etmirik. Sadəcə pulun ödənməsinə dair rəsmi sənəd istəyirik. Bu istəyimizə də cavab verən yoxdur. Bunun qanunazidd olmasını bir kənara qoyaq, hansı vicdana sığır ki, noyabr ayında – havaların soyuq keçdiyi bir zamanda pulsuz olan qaz sayğacının “pulu ödənmədiyinə görə” gəlib işığı kəsirlər?”

Tamilla Qulami iddia edib ki, onun işığının kəsilməsinə səbəb yaranmış problemi işıqlandırması olub:

“Bizim işığı əvvəlcədən kəsmişdilər. Gedib yandırtmışdım ki, borcumuz olmaya-olmaya niyə kəsirsiniz? İdarəylə görüşə gedəndə başqa sakinlərin işıqlarını kəsmişdilər. Həmin vaxt mənim işığımı kəsib-kəsmədiklərinin fərqi var ki? Amma nəticədə, görüşə getdikdən sonra gəlib məhz o görüşdə olan 2 nəfərin işığını kəsdilər. Səbəbi də bu olub ki, sosial şəbəkədə kimsə AAAF rəhbəri Tofiq Heydərovun karikaturasını mənim statusumla birgə paylaşıb. Halbuki, diqqət etsəydilər, görərdilər ki, o karikaturalar mənim statusumdan da öncə paylaşılıb. Və təsəvvür edin ki, AAAF “Azərişıq”a abonentlik haqqından sui-istifadə edərək gəlib subabonentin işığını kəsir ki, mənim karikaturamı paylaşıblar. Bu absurd bir hərəkətdir, qanunsuzluqdur, hətta deyərdim ki, cinayətdir. Bunu kim edib, bilmirəm, bizə dedilər ki, rəhbərliyin xüsusi tapşırığıdır, karikaturaya görə gedin o iki nəfərin işığını kəsin. Mən heç bir zaman nə ritorikamda, nə yazımda heç bir təhqirə yol verməmişəm, vermərəm də. Sadəcə gerçəkləri yazmışam, həll olunmayanadək də yazacağam. Buna düşmən mövqeyindən yox, dost mövqeyindən yanaşmaq lazımdır. Hansı mətbuat orqanına şikayət edirsən, deyirlər, hamı oradan şikayət edir. Mən yaşadığım yerdə adam kimi yaşamaq istəyirəm, eləcə də digər sakinlər. Hər kəs haqqı olanı istəyir”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev problemin olduğunu inkar etmədiklərini bildirib:

“Probemin yaranmasının obyektiv səbəbləri var. AAAF Park sakinlərinin sayğac, kommunal və digər ödənişləri ödəmədikləri üçün külli miqdarda borcları yaranıb, ödəniş etmirlər. Borclar verilmədiyinə görə xidmət göstərmək üçün bizim maddi gücümüz yoxdur. Bir qrup sakin borclarını ödəməkdən imtina edir, bəziləri də şirkətə yaxınlaşıb, maddi imkanlarının olmadığını deyirlər. Maddi imkansızlıqdan ödəmələr edə bilməyənlərə müsbət yanaşırıq, onlara güzəşt edirik. Bəzi sakinlər ximətlərdən sui-istifadə edir, ona görə də külli miqdarda borc yaranır. Buna görə də, şirkət artıq mərhəmətli davrana bilmir. Mərhəmətli davranmaq üçün artıq maddi gücümüz çatmır. Sakinlərin şirkətə külli miqdarda borcu var, yaranan problemin səbəbi də budur”.

Tamilla Qulaminin səsləndirdiyi fikirlərə münasibət bildirən Kənan Məstəliyev bildirib ki, adı keçən şəxs sosial şəbəkədə ilk paylaşımı etdikdən sonra özü onunla əlaqə saxlayıb:

“Tamilla xanımla bərabər bir nəfər sakini şirkətə dəvət etdik. Onlar şirkətin idarə heyətinin sədri ilə görüşdülər. Tamilla xanımın gəldiyi vaxt işığı kəsilməmişdi. O, öz probleminə görə yox, ümumi problemə görə gəlmişdi. Ola bilər ki, tam ortaq məxrəcə gələ bilmədik. Ancaq biz onları dinlədik, onlar da bizi dinlədi. Biz inkar etmirik ki, problem yoxdur. Problem isə təkcə bizə görə deyil. Çalışırıq ki, yaranan problemləri aradan qaldıraq, ancaq sakinlər də bizə dəstək olsunlar”.

AAAF Parkda yaranmış vəziyyətə şirkətin rəhbəri Tofiq Heydərov bu cür münasibət bildirib:

“Bir neçe həftə əvvəl AAAF Parkda təxribatlar törədiləcəyi haqda sizlərə məlumat vermişdim. Sakinlərimizdən təmkinli olmaq və borclu olduqları ödənişləri etməyi xahiş etmişdim. Təəssüflər olsun ki, bu dəfə borclu olan sakinlərimizin 5 faizi belə ödənişləri etməmiş və nəticədə şirkət çox pis vəziyyətə düşmüşdür. Ən qorxulu isə odur ki, sabitliyi pozmağa çalışan müxalifət yönlü sakinlərimiz və bəzi “jurnalistlər” açıq-aşkar sakinləri ödənişləri etməməyə, qanunsuz olaraq yolu kəsməyə və yaşadığım evə hücumlar etməyə dəvət edirlər. Belə hadisələr dəfələrlə süni sürətdə yaradılaraq şirkətlərimizə milyonlarla ziyan vura bilmişdir. O zaman sakinlərin istiliyə və digər kommunal xərclərə görə külli miqdarda borcları mövcud idi ve seçki qabağı sabitliyi pozmağa cəhdlər edilirdi. Təxribatların qarşısının alınması ve sabitliyin pozulmaması naminə bütün istiliyə və kommunala görə olan borclar sakinlərimizə bağışlanıldı. Mənzillərə görə olan borclardan 50%-i sakinlərə bağışlanıldı. Bu addımlar şirkətlərimizə 5 000 000-dan artıq ziyan vurdu.

Eyni hadisələr yenidən bu gün təkrar olunur. Hal-hazırda şirkətlərimiz sakinlərin yerinə milyonlarla sayğaclara ve digər kommunal borclara ödəniş etmək gücünə malik deyil. Bütün sakinlərimizdən bir daha xahiş edirəm ki, borclarını ödəsinler. 20 faiz borclar ödənilsə, əsas problem olan qaz, işıq dövlət qurumlarına tez bir zamanda təhvil verilər ve istilik sistemi yenidən çox rahatlıqla bərpa edilə bilər. Çağırış edən və təxribat törədən sakinlər ən çox borcları olan sakinlərdir. 30-40 sakin vaxtlı-vaxtında ödənişlərini edən və bir dəfə də olsun səsləri gəlməyən mədəni insanlardır. Mən onlardan üzr istəyirəm və bundan sonra çalışacağam ki, onların haqqına girən insanlara qarşı ciddi tədbirlər görək”.

Sonda Tofiq Heydərov “təxribatçı qurumların əməkdaşlarına ve siyasi qarışıqlıq salmaq istəyənlərə bildirirəm ki, Allahın köməkliyi ilə bu dəfə sizin sonunuz olacaq”, deyib.

Qeyd edək ki, dünən axşam saatlarında AAAF Park sakinləri aksiya keçiriblər. Həmin aksiyadan görüntüləri təqdim edirik:






Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap