Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ-Meksika sərhədində tikanlı məftillər çəkiləcək- Beton bloklar quraşdırılır

Tarix 23.02.19, 19:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Sərhəd-Gömrük Xidməti Meksika ilə Birləşmiş Ştatlar arasında El-Paso (Texas ştatı) rayonunda tezliklə tikanlı məftillərin çəkiləcəyini bəyan edib.

Xidmətin nümayəndələrinin sözlərinə görə, burada sərhədi keçmək istəyən qeyri-leqal miqrantların böyük axını gözlənilir. Sərhədin Meksika tərəfindən El-Pasoya bitişik olan və Şimali Amerikanın ən kriminal şəhərlərindən biri sayılan Syudad-Xuaresdə xeyli qeyri-leqal miqrant toplaşıb.

Amerika sərhədçiləri bir neçə qat tikanlı məftil çəkməklə bərabər, əlavə divarlar ucaldır, o cümlədən beton bloklar quraşdırırlar. Sərhəd-Gömrük Xidmətinin rəhbərliyi hesab edir ki, bu, sərhədin təhlükəsizliyini təmin edəcək və qeyri-leqalların ABŞ-a daxil olmasının qarşısını alacaq. Prezident Tramp fevralın əvvəlində El-Pasoda məhz bu sərhəd-buraxılış məntəqəsində olub və onu ən təhlükəli məntəqələrdən biri adlandırıb.

Xatırladaq ki, fevralın 15-də Prezident Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib. Bu, demokratlar Meksika ilə sərhəddə divarın tikintisinə 5,7 milyard dollar ayırmaqdan imtina etdikdən sonra baş verib. Fövqəladə vəziyyətin elan edilməsi sayəsində divarın tikintisinə vəsait ABŞ Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq(azərtac).



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap