Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

ABŞ 2020-ci il üçün müdafiə büdcəsini açıqladı –750 milyard dollar

Tarix 24.05.19, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi cümə axşamı 750 milyard dollarlıq müdafiə siyasəti ilə bağlı qanun layihəsini açıqlayıb

AzFakt.com “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, bu qanun layihəsi Birləşmiş Ştatlara “Lockheed Martin”ə aid əlavə F-35 təyyarələrini almağa icazə verəcək və Ankara Rusiyanın raketdən müdafiə sistemini almaq planını həyata keçirdiyi təqdirdə, Türkiyənin proqramdakı əməkdaşlığına son qoyacaq.

Prezident Donald Tramp may ayında müdafiə üçün 750 milyard dollarlıq büdcə tələb etmişdi. Bu büdcəyə gəmilər inşa etmək və təyyarələr almaq üçün daha çox pul daxil idi.

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi gələcək həftələrdə Milli Müdafiə İcazə Aktının (NDAA) öz versiyasını təqdim edəcək. Bu qanun layihəsi təsdiq olunmadan öncə Respublikaçıların nəzarət etdiyi Senatın təqdim etdiyi versiya ilə birləşdirilməlidir.

NDAA Konqresin hər il təsdiq etdiyi çox az sayda qanun layihələrindən biridir, çünki Müdafiə Nazirliyinin siyasətini müəyyən edir. Qanun layihəsi artıq yarım əsrdən çoxdur hər il qanuna çevrildiyi üçün qanunvericilər bu qanun layihəsindən bir sıra siyasi tədbirlər məqsədiylə istifadə edir.

Bu il qanun layihəsinin Senat versiyasında səkkiz F-15X döyüş təyyarələrinin alışına icazə veriləcək, çünki artıq 234 köhnələn təyyarədən ibarət donanmanı idarə etmək getdikcə çətinləşir. “Boeing” şirkətinin müdafiə qolu ABŞ Hava Qüvvələri üçün həmin təyyarədən 80 və ya daha çoxunu istehsal edə bilər.

Qanun layihəsi Pentaqona 94 ədəd “Lockheed Martin”in hazırladığı F-35 gizli döyüş təyyarəsi almağa da səlahiyət verir.

F-35-in üç modeli var. Qanun layihəsində 60 ədəd ənənəvi uçuş-eniş modeli olan F-35A, 12 ədəd qısa uçuş/üfuqi eniş modeli F-35B və 22 ədəd təyyarə daşıyan gəmilərdə istifadə olunan F-35C modelinə icazə verilir.

F-35 proqramı 3 mindən çox təyyarədən ibarət donanmanı hədəf alır. F-35A-nın bir ədədinin qiyməti 2020-ci ildə təxminən 80 milyon dollar olacaq. Həmin təyyarədən artıq daha çox istehsal olunur.

Təyyarənin əsas podratçısı “Lockheed” ABŞ ordusu və 10 digər ölkə, yəni Britaniya, Avstraliya, İtaliya, Türkiyə, Norveç, Niderland, İsrail, Yaponiya, Cənubi Koreya və Belçika üçün yeni döyüş təyyarələri inkişaf etdirir.

Gərgin münasibətlər

NDAA Türkiyəni F-35 döyüş təyyarələrinin beşinci nəslininin hazırlanmasında birlikdə işləyən ölkələrdən ibarət beynəlxalq əməkdaşlıqdan çıxaracaq.

Vaşinqtonun digər NATO müttəfiqləri kimi, Türkiyə də F-35-in istehsal tərəfdaşı və qorunan alıcısıdır. Lakin ABŞ rəsmiləri deyib ki, Türkiyənin Rusiya sistemini almaq planı F-35 təyyarələrinin təhlükəsizliyinə hədə olacaq.

Bu mübahisə Vaşinqtonla Ankara arasında münasibətləri gərginləşdirib.

Konqres üzvləri dəfələrlə Türkiyəni Rusiyanın S-400 hava müdafiə sistemini almaqdan yayındırmağa çalışıblar. Nümayəndələr Palatasının bu ayın əvvəlində qəbul etdiyi ödəniş qanun layihəsinin daha öncəki versiyası Türkiyəyə F-35 təyyarələrinin satışının qarşısını almağa çalışırdı.

Kosmik Qüvvə

Qanun layihəsi həmçinin ABŞ Hava Qüvvələrinin bir hissəsi olan ayrı formalı xidmət olacaq Kosmik Qüvvənin yaradılmasına icazə verib.

İŞİD qrupunun məhbusları

Qanun layihəsinin bir digər müddəasına əsasən, hazırda Suriyada saxlanma mərkəzlərindəki İŞİD-in keçmiş döyüşçüləri və tərəfdarlarının vəziyyətinə həll yolu tapmaq üçün xüsusi ABŞ nümayəndəliyi təsis olunacaq.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap