Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ Nümayəndələr Palatası Ağ Evə qarşı təhqiqat başladıb- Həssas nüvə texnologiyalarının Səudiyyəyə satılması planı ilə bağlı

Tarix 20.02.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Nümayəndələr Palatası “son dərəcə həssas nüvə texnologiyalarının” Səudiyyə Ərəbistanına satılması planı ilə bağlı Ağ Evə qarşı təhqiqat başladıb.

Azərtac BBC telekanalına istinadla xəbər verir ki, Nümayəndələr Palatasının təhqiqat komitəsinin hazırladığı hesabata görə, Ağ Evin planına uyğun olaraq Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində yerləşdiriləcək ən müasir nüvə reaktorları Yaxın Şərq regionunda tarazlığı poza və nüvə silahlanmasını artıra bilər. Komitənin üzvləri vurğulayıblar ki, bir neçə reaktorun satılması gündəmdə olduğu üçün təhqiqat başladılmasına ehtiyac var.

ABŞ prezidenti Donald Tramp fevralın 12-də keçirdiyi müşavirədə Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq ölkələrinə nüvə texnologiyaları transferi məsələlərini müzakirə edib. Onun müşaviri və kürəkəni Cared Kuşnerin Yaxın Şərq ölkələrinə səfərində də bu məsələnin gündəmdə olacağı gözlənilir.

BBC-nin xəbərində bildirilir ki, Səudiyyə Ərəbistanının nüvə texnologiyasını dinc məqsədlərlə deyil, silah istehsalı üçün istifadə edəcəyi ehtimalını nəzərə alan ABŞ Konqresi bu məsələyə ciddi yanaşır. İranın nüvə proqramı ilə əlaqədar narahatlığını ifadə edən Ər-Riyad isə bəyan edib ki, bu texnologiyalardan enerji mənbələrini şaxələndirmək məqsədilə istifadə edəcək.



Xəbərin oxunma sayı : 463




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap