Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ Arvadı Eserdən yeni villa istəyir Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

ABŞ Nümayəndələr palatasının spikeri Trampı impiçment etməyəcəklərini dedi... Köşə mövzusu oldu

Tarix 14.03.19, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi bu günlərdə açıqlama yayaraq prezident Donald Trampın impiçmentinin gündəmlərində olmadığını, Ağ Evin sahibinin ümumiyyətlə buna dəymədəyini söyləyib. Lakin siyasi müşahidəçilər, xüsusilə də rəqibləri spikerin bu sözlərinin səmimiliyinə şübhə ediblər.

“Məhz Nensi Pelosi ABŞ prezidenti ilə bağlı impiçmet prosedurunun başlanması uğrunda mübarizəyə başçılıq edəcək”, - deyə Donald Trampın seçkiqabağı qərargahında çalışmış Devid Bossi “Fox News” kanalının saytıındakı köşəsində yazıb.

Müəllif Demokrat partiyasının Nümayəndələr palatasındakı liderini “istedadlı manipulyator” və “hiyləgər siyasətçi” kimi təsvir edərək onun həmişə Amerika xalqına bir söz dediyini, əməldəsə ayrı cür hərəkət etdiyini vurğulayıb.

Devid Bossi Nensi Pelosinin “The Wahsington Post” qəzetinə verdiyi müsahibədəki fikirlərinin onun impiçment məsələsi ilə bağlı faktiki mövqeyini əks etdirmədiyini bildirib.

Donald Trampın keçmiş əməkdaşı Nensi Pelosinin öz qızı Aleksandranın vaxtilə anasını xarakterizə edən “anam başınızı elə kəsər ki, heç qan axmağından da xəbəriniz olmaz” sözlərini xatırladıb.

Müəllifin fikrincə, Nensi Pelosi əsl teatr tamaşasını oynayır, onun Donald Trampa qarşı impiçment olmayacağı barədə sözləri isə tamaşanın birinci pərdəsidir.

Musavat.com



Xəbərin oxunma sayı : 250

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda