Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ Venesuela ilə diplomatik əlaqələri kəsməkdən imtina etdi:“Maduronun belə bir hüququ yoxdur“

Tarix 24.01.19, 13:54

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri kəsmədiyini bəyan edib.

Strateq.az-ın xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

O bildirib ki, ölkəsi Nikolas Maduronun prezidentliyini və ABŞ-la diplomatik əlaqələri kəsmək tanımır, bu ölkədəki diplomatlarını təhlükə altına qoyan hər bir kəsi məsuliyyətə cəlb etmək üçün müvafiq tədbilər görəcək.

“Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri dəstəkləyir və bizim missiyaya Venesuelada qalmağı təklif edən müvəqqəti prezident Xuan Quaido hökuməti ilə onları saxlayacaq”, – deyə Pompeo bildirib.

ABŞ dövlət katibi Maykl PompeoVenesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaidoya təhvil verməyə çağırıb. “Venesuela xalqı Nikolas Maduronun faciəvi diktaturasından kifayət qədər əziyyət çəkib. Biz Maduronu getməyə və xalqın iradəsini təmsil edən qanuni liderə yol açmağa çağırırıq. ABŞ prezident Quaidonu ölkə azad və ədalətli seçkilərə hazırlaşıncaya qədər, Venesuelaya rəhbərlik edəcək keçid hökumətinin formalaşdırılmasında dəstəkləyir”, – deyə o bildirib.

ABŞ-ın Venesueladakı səfirliyi isə yanvarın 24-də adi rejimdə işləyəcəyini açıqlayıb. “ABŞ səfirliyi adi iş saatlarında fəaliyyət göstərəcək və yanvarın 24-də də təcili yardıma ehtiyacı olan bütün ABŞ vətəndaşlarını qəbul edəcək”, – səfirliyin saytında bildirilib.

Eyni zamanda səfirlikdən qeyd ediblər ki, viza üçün bütün qeydlər bu günlük ləğv olunub. ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən və nümayişlərdən uzaq qalmaq tövsiyə edilib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduroölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib. “Mən ABŞ-ın diplomatik korpusuna ölkəni tərk etmək üçün 72 saat vaxt verirəm”, – deyə Maduro bildirib.



Xəbərin oxunma sayı : 361




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap