Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Abşeron İcra Hakimiyyəti zibilliyi 30 min manata satıb? -Mehdiabadda

Tarix 17.07.19, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayon İcra Hakimiyyəti Mehdiabad qəsəbəsini qarış-qarış satıb.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.

Məlumata görə son illər Azərbaycanın hər bir bölgəsində, xüsusən də paytaxt Bakının qəsəbələrində sürətli abadlıq, yenidənqurma işləri aparılır. Bu gün ölkənin ən ucqar yaşayış məntəqələrinə çəkilən yeni yollar, qaz, su, elektrik xəttləri insanların yaşayış səviyyələrini yüksəlməklə yanaşı, həm də Azərbaycan dövlətinin, hakimiyyətinin, Prezidentinin vətəndaşlara necə diqqət və qayğıyla yanaşmasının bariz nümunəsidir. 
 
Saytımıza verilən məlumata görə Mehdiabad qəsəbəsi ölkədə gedən iqtisadi inkişafdan olduqca geri qalıb. Qəsəbədə ciddi su problemi var. Həftədə iki dəfə verilən sudan yalnız qəsəbənin yarısı istifadə edə bilir. Su xəttləri köhnə olduğu üçün ciddi su itkisinə yol verilir. Qəsəbənin mərkəzi yolundan başqa bütün yollar daş-torpaq yoldur. Qəsəbə sakinləri qış olanda palçığın əlindən uşaqları məktəbə apara bilmir. Qəsəbənin mərkəzini çıxmaq şərti ilə heç bir ərazidə kanalizasiya sistemi yoxdur. 30 mindən artıq əhalisi olan qəsəbədə körpə uşaqların, yaşlıların istirahət etməsi üçün bir dənə də olsun park yoxdur. 
 
Mehdiabadda ciddi problemlərdən biri də zibilin yığılması ilə bağlıdır. Qəsəbədən zibilin yığılmasını həyata keçirən bələdiyyə hər bir evdən ayda 3 manat yığır. ancaq bəzən 3-4 gün, bəzən də bir həftə zibil torbaları sakinlərin qapısından asılı qalır. 
 
AzFakt.com-a verilən digər məlumatda isə rayon rəhbərliyinin qəsəbənin bütün torpaqlarını qarış-qarış satdığı deyilir:
 
Mehdiabad qəsəbəsinin hər bir qarışı Abşeron rayon İcra Hakimiyyəti tərəfindən satılıb. Hətta bir neçə gün öncə 20 yanvar küçəsində yaşayış binalarının qarşısında olan zibilxananın ərazisi rayon rəhbərliyi tərəfindən 30 min qiymətə satıldığı deyilir. Hazırda həmin ərazidə obyekt tikilir. Vaxt var idi ki, bu qəsəbəyə təyin edilən kənd icra nümayəndəsi sınıq-salxaq bir maşınla işə gəlib gedirdi, indi isə 60 min manatlıq "cip" sürür. Əlbəttə ki, bu adi məvaciblə başa gələn məsələ deyil. 
 
Məlumata görə əgər dövlət rəhbərliyi Mehdiabada son 10 ildə dövlət büdcəsindən qəsəbəsinin infrastukturuna xərclənən vəsaitlərin, ərazidə satılan torpaqların araşdırılması üçün komissiya göndərsə o zaman yerli idarə müdirlərinin, rayon rəhbərliyinin Prezidentin dövlətimizin inkişafına, xalqımızın rifahına istiqamətlənmiş siyasətinizə necə zərbə vurduğu aydın olacaq.
 
Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 898




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap