“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Abituriyentlərə şad xəbər: test bankı təkmilləşdiriləcək

Tarix 30.01.26, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


Abituriyentlərin çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib

Dövlət İmtahan Mərkəzində (DİM) 26-30 yanvar tarixlərində fənlər üzrə elmi-metodik seminarlar keçirilib.

AzFakt.com xəbər verir ki, seminarlarda 2025-ci ildə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş ədəbiyyat (II qrup), kimya (I qrup), fizika (I və IV qrup), tarix (III və II qrup), coğrafiya (III (TC altqrupu)), riyaziyyat (II qrup) fənləri üzrə test tapşırıqlarının müzakirəsi aparılıb.
 Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.

26 yanvarda informatika fənni üzrə seminarda I ixtisas qrupu üçün, 29 yanvarda isə biologiya fənni üzrə seminarda IV ixtisas qrupu üçün imtahan materiallarının hazırlanmasında istifadə edilən “Metodik göstərişlər” kitabçasının müzakirəsi aparılıb.

Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənn üzrə test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində abituriyentlərin cavablandırmaqda çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcək.

Müzakirələr növbəti həftə davam etdiriləcək.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap