Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Abutalıbovun səlahiyyətləri niyə “iflic“ edilir? - İlin sonuna kimi postu ilə vidalaşa bilər

Tarix 17.11.17, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.

AzFakt.com xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, 73 yaşlı BŞİH rəhbərinin səhhətində ciddi problemlər olması barədə xəbərdə bəlkə də qeyri-adi heç nə yoxdur, o səbəbdən ki, o da xəstələnə bilər. Amma bu "iflic” xəbərinin yaxın vaxtlarda iqtidarda ciddi kadr dəyişikliklərinin gözləndiyi vaxta təsadüf etməsi diqqəti yenidən Abutalıbovun gizəmli personasına yönəldir.

Sirr deyil ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin "iflici” prosesi gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Məlumdur ki, Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri "budandıqca” onun hakimiyyətin rəsmi media orqanlarında tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır. Abutalıbov özü də bu durumdan məmnun deyil, indi o, aylarla gözə dəymir, yalnız ara-sıra dövlət tədbirlərində görünür. Reklamı və publikanı sevən Abutalıbova indi bunun üçün şərait də yoxdur...

Qəzet yazır ki, BŞİH postu, məlum, siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb. İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar. Ancaq reallıq budur ki, Abutalıbov artıq Bakını əvvəlki kimi idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər.

Qeyd edək ki, iddialara görə, ilin sonunda həm Bakının və bir neçə rayonun, eləcə də əyalət icra başçılarının bəziləri dəyişdiriləcək. Prezident Administrasiyasında aparılan islahatlar, Nazirlər Kabinetində bir neçə şöbənin ixtisar olunması, bəzi şöbə müdirlərinin yaş həddinə görə işdən çıxarılmasından sonra sıra yerli icra hakimiyyətlərinə çatıb. Məlumatlara görə, Yeni ilin ilk yanvar müşavirəsinədək təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədri də dəyişdiriləcək.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap