Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Adam oğurluğu, sifarişli qətllər: Rusiyanı çalxalayan “Ağdam bandası”nın CİNAYƏTLƏRİ - FOTO

Tarix 20.09.22, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


2009-cu il aprelin 9-da Rusiyanın Leninqrad vilayəti Vsevolojski rayonunda Rıjiki yaşayış məntəqəsi istiqamətində Tibb Universitetinin tələbəsi 22 yaşlı Rumiyyə Kərimova qətlə yetirilir. Hadisənin kriminal qruplaşma tərəfindən sifarişlə törədildiyi müəyyən edilir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü M. Məmmədovun kriminal qruplaşma yaratdığı və sifarişli silsilə qətllər törətdiyi üzə çıxır.

Müəyyən edilir ki, onun rəhbərlik etdiyi dəstə üzvləri 2005-ci il iyunun 19-da Nəzərovu, sentyabrın 23-də Qəribovu, 2007-ci il dekabrın 15-də Əliyevi, 2009-cu il aprelin 8-də Kərimovanı və aprelin 10-da Süleymanovu öldürüblər.

Rumiyyə Kərimovanın qətli ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır. Həmin gün şübhəli şəxs qismində Elnur Qafarov və Samir Məmmədov, səhərisi gün Ədalət Əmrahov, Famil Məmmədov, Xəqani Kərimov və Andrey Putiyenko saxlanılıblar.

M.Məmmədov barəsində 2010-cu ildə beynəlxalq axtarış elan olunub.

Lent.az sözügedən qətllə bağlı istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Murad Məmmədov 2005-ci ilin iyun ayından basqınlar törətmək məqsədi ilə silahlı qrupa rəhbərlik edib. 2007-ci ilin noyabrında M. Məmmədov Qaffar Kərimovdan hədə-qorxu ilə pul almaq istəyib. Bunun üçün Elnur Qafarov, Samir Məmmədov və Qədir Süleymanovu cəlb edib. Sankt-Peterburq şəhəri, Frunze küçəsi, 16 ünvanında yerləşən “Ağdam” restoranında olarkən Kərimovdan, 10 000 dollar pul istəyib. Əks halda onu ölümlə və əmlaka zərər vurmaqla hədələyib. Amma Qaffar Kərimov həmin tələbə əməl etmədiyindən 2009-cu il yanvarın 9-da Kərimova məxsus Sankt-Peterburq şəhəri, Orcenekidze küçəsi, 26 ünvanında park edilmiş “Mercedes” markalı avtomobil yandırılıb. Bundan başqa, Murad Məmmədov zərərçəkmişin qızı Rumiyə Kərimovanın öldürülməsini planlaşdırıb, cinayətin icrasını Elnur Qafarova, Samir Məmmədova və Qədir Süleymanova tapşırıb. Aprelin 5-də Samir Məmmədov “Ağdam” restoranına gələrək, orda istintaqa məlum olmayan şəxsdən “Taurus” tapançasını əldə edib.

Aprelin 8-i səhər saat 8-də Samir Məmmədov VAZ-2108 markalı avtomobilin sükanı arxasında, Qədir Süleymanov ön, Elnur Qafarov isə arxa oturacaqda əyləşməklə Sankt-Peterburq şəhərinin Orcenekidze küçəsindəki, 26 saylı evin yanına gələrək Rumiyə Kərimovanın evdən çıxmasını gözləyiblər. Qız evdən çıxıb “Moskovskaya” metrostansiyasına doğru piyada hərəkət edib. Buna görə Süleymanov onun arxasınca piyada gedib. 10 saylı evin qarşısında qıza hücum edib, saçından tutaraq boynundan yumruqla 2 zərbə vurub və onu maşına otuzdurub. Dəstə rəhbərinin göstərişi ilə qızı Leninqrad vilayəti, Vsevolojski rayonu, Rıjiki yaşayış məntəqəsi istiqamətdə aralıq, yolun kənarında yerləşən əraziyə aparıblar. Orda odlu silahdan açdıqları atəşlərlə zərərçəkmişi öldürüblər və hadisə yerindən qaçıblar. Sonra tapançanı Rabfakovskaya küçəsində, 1-ci korpusun 34 və 38 saylı evlərin arasında gizlədiblər.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Murad Məmmmədov bildirib ki, 2007-ci ildə Bakıda olarkən dekabrın 16-da arvadı Sankt-Peterburq şəhərindən zəng edərək qızı Mərziyyənin gecə saatlarında mənzilin eyvanından yıxılıb, vəfat etdiyini xəbər verib. Bir neçə gündən sonra arvadı və oğlu Bakıya qayıdıblar:

“Onlar həmin vaxtdan Xətai rayonu, Sovxoz küçəsi ev 6A ünvanda yaşamağa başlayıblar. Qızımın vəfatından sonra həyat yoldaşımın psixi vəziyyətində problemlər yarandığı üçün Rusiya və Almanıyada müalicə alıb. Soyadımın dəyişdirilməsi üçün mülki qaydada ərizə ilə qeydiyyatda olduğum Ağdam rayon Məhkəməsinə müraciət etdim. İstəyirdim Məmmədov soyadını Kəngərli edim. Məhkəmə ərizəmi təmin etdi. Yeni soyadla şəxsiyyət vəsiqəsi almaq üçün qətnaməni Ağdam rayon Polis Şöbəsinə təqdim edərkən, barəmdə axtarış işinin olduğu bildirildi. Orda olan polis əməkdaşı DİN Baş Cinayət Axtarış İdarəsi ilə əlaqə saxladıqdan sonra özüm 2011-ci il yanvarın 10-da birbaşa həmin idarəyə gеtdim. Barəmdə Rusiya Federasiyasının hüquq-mühafızə orqanları tərəfindən cinayət işi başlanıldığını bildirdilər. Axtarış işinin səbəbləri və əsasları barədə məlumat verilmədi. 2011-ci ilin fevralın 2-də Xətai rayon prokurorluğu tərəfindən barəmdə həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimatla müraciət olunsa da, məhkəmə bundan imtina edib və haqqımda yalnız polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bundan sonra 7 il 3 ay müddətində 37-ci Polis Bölməsinə getdim. Hər gün imza etməklə orda olmağımı təsdiq edirdim. 2017-ci ilin dekabr ayında Ağdam RPŞ-dən mənimlə əlaqə saxlanılaraq 37-ci bölməyə Rusiyadan cinayət işi göndərilməsi barədə məlumat verildi.

Murad Məmmədov

Aradan bir neçə ay keçdikdən sonra 2018-ci ilin mayın 1-də məni Ağdam rayon prokurorluğuna dəvət etdilər. Orda olarkən müstəntiq tərəfindən müdafiəçi ilə təmin olunmaqla Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, həbs olundum. Heç bir cinayət hadisəsində iştirak etməmişəm. Heç bir dəstə yaratmamışam, hər hansı xüsusilə ağır cinayətlərin törədilməsi üçün kimlərəsə göstəriş verməmişəm. Rusiyada yaşayan bacım oğlu Xəqani Kərimov 2007-ci ilin dekabrında cinayət törətdiyinə görə, məhkum olunub və hazırda da Murmansk şəhərində yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkir. Ədalət Əmrahovu bacım oğluna görə, Elnur Qafarovu həmyerlim kimi işlətdiyim “Ağdam” restoranında görüb tanımışam. Sankt-Peterburq sakini Putiyenko soyadlı şəxsi ümümiyyətlə tanımıram. Sankt-Peterburq şəhərində mənimlə eyni binada yaşayan Mənsurə Əlieyevaya qarşı quldurluq olunması üçün, 2005-ci il iyunun 19-da Tahir Nəzərovun odlu silahdan istifadə edilməklə oldürülməsi barədə heç kimə göstəriş verməmişəm. Həmin vaxtlar ailə üzvlərimlə birlikdə Azərbaycanda idim. Qətlə yetirilmiş Tahiri Ağdam rayonunun Şoltanlı kənd sakini kimi tanıyırdım. 2005-ci il sentyabrın 23-də İslam Qəribovun öldürülməsindən xəbərim olmayıb. Rumiyə Kərimova doğma dayım qızı Yeganənin övladı idi, aramızda düşmənçilik və ədavət olmayıb. Onun ölümünə görə atası Qaffar Kərimov həbs olunub, bir neçə aydan sonra isə azadlığa buraxılıb. Rumiyə Kərimovanın öldürülməsinə görə heç kimə göstəriş verməmişəm. Buna heç bir səbəb olmayıb. Əksinə bir qohum kimi bu ailəyə ancaq yaxşılığım dəyib. Qaffardan heç vaxt aylıq pul ödəməsini tələb etməmişəm, avtomobilinin yandırılmasını təşkil etməmişəm. Bu hadisələrdə iştirakım olmayıb. Rusiyada Elnur Qafarovun, guya Rumiya Kərimovanın ölümünün sifarişinin mənim tərəfimdən verilməsi barədə ifadələri tamamilə yalandır”.

Qətlə yetirilən Rumiyyə Kərimova

Zərərçəkmiş şəxsin hüquqi varisi Yeganə Kərimova ifadəsində göstərib ki, məlum hadisə vaxı qızı Rumiyə Tibb Universitetinin 4-cü kursunda təhsil alıb. Doğma bibisi oğlu Murad Məmmədovun onun və əri Qaffarla münasibətləri 1997-ci ilə qədər yaxşı olub:

“Həmin il yoldaşım mağazalar açdıqdan sonra, Muradın adamları gəlib Qaffardan, onun biznesini kənar cinayətkarlardan qormuaq müqabilində aylıq haqq istədilər. Sankt-Peterburqda nüfuzlu adam hesab olunan Murad Məmmədovun polisdə də yaxın adamları var idi. Ərimin avtomobili yandırılanda, bu məsələnin üstünə getməyin mənasız olduğunu başa düşdük qorxumuzdan polisə şikayət etmədik. Sonralar Məmmədovun dəstə üzvlərinin məhkəmə prosesində iştirak edəndə, həmin gecə maşını yandıran 2 nəfərin bunu Muradın sifarişi ilə icra etdiklərini etiraf etdilər. Təqsirləndirilən Elnur Qafarov həmkəndlimizdir. Övladlarımızın canına qorxu salmamaq üçün onlara heç nə danışmadıq. Əslində Muradın günahı olmayan uşaqlarına qarşı belə bir hərəkət edə biləcəyini ağlımıza belə gətirmirdik. Qətl günü Rumiyə səhər tezdən evdən çıxıb universitetə gedib. İmtahanı olduğu üçün bütün gecəni yatmayıb, hazırlaşıb. Qızımı dərsə yola salandan 2 saat sonra rəfiqəsi zəng vurub, Rumiyyənin niyə dərsə gəlmədiyini soruşdu. Nəsə baş verə biləcəyindən ehtiyatlanaraq ərimə məlumat verdim. Birlikdə polis idarəsinə getdik.

Orda məlum oldu ki, təzəlikcə polisə 3 qafqazlının qızı qaçırması barədə bir rus qadının ərizəsi daxil olub. Şahid avtomobilin dövlət qeydiyyat nişanını yadda saxlayıb. Rumiyənin qaçırıldığını bildikdən dərhal sonra kömək etməsi üçün Muradın özünə də zəng vuraraq, məlumat verdik. Murad hazırda Azərbaycanda olduğunu, Peterburqa gələndən qızın tapılması üçün əlindən gələni edəcəyini bildirdi. Səhərisi gün polis əməkdaşı zəng vurub, qızın öldürüldüyünü dedi. Polis idarəsinə çatanda bütün bunlar azmış kimi yoldaşımı həbs etdilər. Rumiyənin dəfnindən sonra, aprelin 20-də artıq dözməyib özüm şəxsən Muradın Bakıdakı evinə gedib, ağlayaraq, Rumiyəni niyə öldürtdüyünü soruşdum. Amma bibimoğlu əməlini etiraf etmədi və bu işdən xəbəri olmadığını dedi. Həbsdə qalan yoldaşım Qaffar da qorxusundan susmaqda davam edirdi. Hətta qızımın dəfninə buraxılmayan ərim günahsız olaraq 7 ay istintaq təcridxanasında qaldı, yalnız bu müddətdən sonra hər şeyin üstü açıldı. Qaffar da nəhayət qorxusuna üstün gəlib, baş verənləri olduğu kimi danışdı. Bu məsələlər Rusiyada keçirilən məhkəmə proseslərində araşdırılaraq, tam təsdiqini tapdı. 2010-cu il fevralın 27-də Bakıdan ev telefonuma zəng vuran qardaşım Namiq Abdullayev bildirdi ki, bir neçə gün əvvəl telefonla əlaqə saxlayan Murad Məmmədov təhdid edərək dedi ki, biz polisdən haqqında yazdıqlarımızı geri götürməsək, ailə üzvlərimiz üçün pis olacaq. Bu təhdidlərin real olmasına görə də Rusiyanın müvafiq qurumları ailəmizin mühafizəsi üçün rəsmi qərar qəbul etdilər. Həyat yoldaşım bütün bu sarsıntılardan sonra ciddi şəkildə sağlamlığını itirdi”.

Yandırılan “Mercedes” 

Zərərçəkmiş Qaffar Kərimov bildirib ki, 1997-ci ildə Sankt-Peterburq şəhəri, Lensovet küçəsi, 20 ünvanında 2 ərzaq mağazası açıb. Həmin ilin yayında mağazasına birinin adı Seymur, digərinin adını bilmədiyi 2 azərbaycanlı gələrək, aylıq 500 dolları qohumu, kriminal lider Murad Məmmədova verməli olduğunu, sonuncunun da onu mühafizə edəcəyini bildiriblər:

“Heç kimə pul verməyəcəyimi söyləyəndə, Seymur sinəmdən və üzümdən yumruqla zərbələr vurdu. Sonra hansısa azərbaycanlıdan 97-ci ilin axırlarında Seymurun Muradın sifarişi ilə gülllələndiyini eşitdim. 2000-ci ildə Orcenekidze küçəsindəki 26 saylı binada 56 nömrəli mənzili aldım. 2005-ci ildə həmyerlilərimdən Məmmədovun göstərişi ilə “Cənub qəbiristanlığı”nda Tahirin öldürüldüyünü öyrəndim. Belə ki, Tahirin şəhərin Moskva rayonunda öz biznesi var idi. Murad Tahiri özünə məxsus “Ağdam” restoranına dəvət edərək, gəlirindən ona da verməsini tələb edib. Zərərçəkmiş imtina etdikdən 3 gün sonra öldürülüb. 2007-ci ilin oktyabr ayında 530.000 rubla (təxminən 14 min 946 manat) “Mercedes” markalı avtomobil aldım. Həmin ilin noyabrında yemək üçün tanışlarımla “Ağdam” restoranına gələndə, orda Muradı gördüm. Məmmədov Bakıdan Sankt-Peterburqa 45 yaşını qeyd etmək üçün gəlmişdi. Murad məni otağa çağırdı. Özümə avtomobil aldığıma və ona haqq vermədiyimə görə, məni təhqir etdi. Ailəmlə birlikdə Peterburqdan getməsək, məni məhv edəcəyini bildirdi. Məmmədov mənə torpağında işlədiyimə görə bir daha pul verməli olduğumu dedi. Mən isə cavab olaraq övladlarımın universitetdə oxuduqlarını söyləməklə Rusiyadan gecə bilməyəcəyimi, borclu olmadığıma görə pul da verməyəcəyimi dedim. 2009-cu il yanvarın 9-u səhər saat 4 radələrində mənzilimin pəncərəsindən avtomobilimin yandığını gördüm. Bununla əlaqədar polis tərərfindən cinayət işi başlanıldı, izahatımda avtomobilin kim tərəfindən yandırıldığını bilmədiyimi göstərdim. 2009-cu ilin fevralında maşını təmir etdirərək, satdım və başqa avtomobil aldım. Martın 23 və ya 24-də Murad Rusiyaya gəldi, aprelin 2-də “Ağdam” restoranında yemək sifariş verərkən, məni Murad oturan otağa dəvət etdilər. Qapının açıq olduğunu, içəridə isə Muradın Elnur Qafarov və Samir Məmmədovla oturduğunu görüb kabinetə daxil oldum. Murad özüə “BMW” markalı avtomobil aldığımı, onunla hesablaşmadığımı, pul ödəməyəcəyim təqdirdə, məni və ailə üzvlərimi öldürəcəyini dedi. Bundan 6 gün sonra qızım Rumiyəni oğurlayaraq, öldürdülər. Ayın 11-də məhkəmə hazırki cinayət işi üzrə Elnur Qafarov və Samir Məmmədovun barələrində həbs-qətiimkan tədbiri seçilməsi vəsatətinə baxdı. Dəhlizdə gözləyən Qafarov telefonla kiməsə yığıraq deyirdi ki, o, hər şeyi Muradın tapşırdığı kimi eləyib, indi onun üçün vəkil tutsunlar. Murad Məmmədov “Apraskin” bazarında azərbaycanlı ticarətçiləri digər kriminal qruplaşmalarından mühafizə edərək, onlardan qanunsuz pul yığıb. Azərbaycanlılar onu kriminal avtoritet kimi qəbul edirdilər. Çünki Məmmədov böyük nüfuza malikdır, ondan qorxurlar. Bütün cinayətlər onun tərəfindən təşkil olunub, o cümlədən qızımın öldürülməsi, avtomobilimin yandırılması onun göstərişi ilə olub”.

Qətl olan ərazi

Təqsirləndirilən Elnur Qafarov ifadəsində göstərib ki, 2008-ci ildə Bakıda Murad Məmmədovun qızının il mərasimində iştirak edəndə, sonuncu ona Qaffar Kərimovun qızı Rumiyəni öldürmək lazım oduğunu bildirib:

“Təxminən 2009-cu ilin martında Murad Bakıdan Sankt-Peterburqa gəldi. Onun tapşırığı ilə Qədir Süleymanov “Ağdam” restoranının direktoru Famil Məmmədovdan tapança götürüb. Həmin silahı növbəti dəfə qız öldürülən gün Süleymanovun kəmərinin belində görmüşəm. Aprelin 8-də Orcenikidze küçəsindəki 10 saylı evin qarşısında Qədir Rumiyəyə yaxınlaşıb, zorla onu avtomobilin arxa oturacağına salıb. Mən də maşından çıxmadan qızı içəri salmağa kömək etdim. Qədirin zərbələrindən sonra Rumiyə huşunu itirib. Yol boyu Elnur, qışqırmaması və müqavimət göstərməməsi üçün qızı tutmuşdu. Deyilən yerə çatandan sonra Qədir qızı maşından çıxardı və guya fahişəlik etdiyi üçün atasının onun ölümünü sifariş verdiyini bildirdi. Paltarından tutub özündən 3-4 metr kənara itələdi və sağ əli ilə kəmərinin arxasından tapançanı çıxardaraq, başına doğru 2 atəş açdı. Sonra meyitin ayaqlarından tutub, sürüməklə zibil topasına tərəf dartdı və üzərinə müxtəlif torbalar atdı. Ordan avtoyuma məntəqəsinə getdik. Saat 10:16-da Qədir Süleymanov Murad Məmmədova zəng edərək Rumiyə Kərimovanı öldürdüklərini bildirdi. Yolda mənə və Samirə dedi ki, polis əməkdaşları bizi tutsa, deməliyik ki, qızı atasının sifarişi ilə qətlə yetirmişik. Qədirlə mehmanxanaya aparandan sonra, Samirlə Novoizmaylovski prospektindəki 32 saylı evin zirzəmisində gizlənmişik. 2 gündən sonra Murad telefonla əlaqə saxlayaraq Ədalət Əmrahovun Qədir Süleymanovu öldürdüyünü bildirdi”.


Rumiyyə Kərimova

Cinayət işinin materiallarına əsasən, qətldən bir gün sonra polis əməkdaşları Süleymanovun izinə düşüblər. Onun gec-tez istintaqda hər şeyi etiraf etməsindən ehtiyatlanan Murad Məmmədov Qədir Süleymanova Moskva vilayətində dostlarının evində bir müddətlik gizlənməyi təklif edib. Bunun əvəzinə Ədalət Əmrahov öz avtomobili ilə onu Novqorod şəhərinə çatdırıb, Böyük Sankt-Peterburq küçəsindəki 111 saylı evin yanında “Revolver”dən başından atəş açaraq, onu qətlə yetirib və geri qayıdıb.

Elnur Qafarov həmçinin ifadəsində göstərib ki, Мurad Məmmədovun göstərişi ilə 2009-cu il yanvarın 9-da Samir Məmmədovla birgə Qaffar Kərimovun avtomobilini yandırıblar. Əvvəlcədən aldıqları yanacağı “Mercedes” markalı maşının üzərinə töküb, od vurandan sonra hadisə yerində qaçıblar.

Qeyd edək ki, Sankt-Peterburq şəhər məhkəməsinin 31 avqust 2011-ci il tarixli hökmü ilə Elnur Qafarov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2012-ci il oktyabın 9-da 40 cilddən ibarət cinayət işi üzrə növbəti proses yekunlaşıb. Leninqrad dairə Hərbi Məhkəməsinin hökmü ilə Ədalət Əmrahov 24 il, Xəqani Kərimov 22 il, Andrey Putiyenko 21 il, Samir Məmmədov 19 il müddətinə azadlıqdan məhrum olunublar. Famil Məmmədovun təqsiri sübuta yetirilmədiyindən, o məhkəmə iclas zalında azadlığa buraxılıb.

Saxlanılan şəxslərdən biri

Bakıda keçirilən məhkəmə prosesində Murad Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib və ona bəraət verilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yeganə Kərimova qızını öldürməyə göstəriş vermiş Murad Məmmədova layiqli cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.  Bundan narazı qalan Məmmədov Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin qərarı ilə məhkumun kassasiya şikayəti təmin edilməyib.



Xəbərin oxunma sayı : 1024




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap