Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Adnan Oktar Türkiyə prezidentinə məktub yazdı: “Xahiş edirəm…”

Tarix 13.01.19, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Təxminən 6 aya yaxındır ki, həbsxanada olan Adnan Oktar Türkiyə prezidentinə məktub yazıb.

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, A.Oktar məktubunda cəza evindəki saxlanma şəraitindən narazılığını bildirib, vəziyyətinin yaxşılaşdırılmasını xahiş edib.

O, məktubu vəkilləri vasitəsi Türkiyə prezidenti başda olmaqla, bir neçə dövlət qurumunun rəhbərlərinə də ünvanlayıb.

A.Oktar Ərdoğana məktubunda bunları yazıb: “4 aya yaxın qaldığım Pınarhisar cəzaevində şərtlər yaxşı idi. İki aya yaxındır ki, burada əziyyət çəkirəm. Həbsxanada məhbus sayının həddindən artıq çox olması yaşayış şərtlərini ağırlaşdırır. 40 min nəfərin yatağı yoxdur. 80 min nəfər də eyni yatağı bölüşmək məcburiyyətindədir”.

Bununla yanaşı, A.Oktar məktubunda həbsxanada gigiyena, istilik sistemi, isti su təchizatının və qidaların da zəif olmasından şikayətlənib.

Prezidentdən təcili kömək istəyən A.Oktar “Hər şey cənab prezidentimizin əlindədir” deyə məktubunda bildirib: “Dünyaya lider və örnək olmaq məqsədilə yola çıxan Türkiyəmizin ədalət sistemini bu həbsxanada aşağılamağa çalışırlar. Bu tələni dağıtmaq, vətəndaşı dövlətinə küsdürmək oyununu durdurmaq prezidentimizin əlindədir. Türkiyə prezidentindən bu sadaladığım problemlərin aradan qaldırılması üçün təlimat verməsini bütün məhkumlar adından xahiş edirəm”.



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap