“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Afaq Yusiflinin təhsil haqqı niyə ödənməyib? - AKİ məsələyə aydınlıq gətirdi

Tarix 03.09.26, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


"Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir".

AzFakt.com APA-ya istinadla xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq.

"Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə də sosial mediada Afaq Yusifliyə AKİ nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Afaq Yusifli 2025-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində Avstraliyanın Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramına qəbul olunub. 

Onun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, birinci semesterinin ödənişini Mədəniyyət Nazirliyi həyata keçirib. İkinci semesterinin ödənişi isə Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabına köçürülüb. Həmin vaxt İttifaqın sədri, Xalq artisti Rasim Balayev vəfat etdiyi üçün sədrin imzası olmadan pulu universitetin hesabına köçürmək mümkün olmayıb. Üçüncü semesterin ödənişi isə aidiyyəti üzrə universitetə köçürülüb. Hazırda ikinci semsterin pulu (25.500 manat) universitetə köçürülmədiyi üçün Afaq Yusifli universitetdən dəfələrlə xəbərdarlıq alıb və hazırda ali təhsil ocağından uzaqlaşdırılmaq təhlükəsi ilə üz-üzədir.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap