“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

AFFA Aslan İsmayılovdan 10 min tələb edir - İddia icraata götürüldü

Tarix 12.10.21, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hüquqşünas Aslan İsmayılov barədə iddiası icraata götürülüb.
 
Qaynarinfo xəbər verir ki, məhkəmə baxışı noyabrın 10-na təyin edilib. 

Aslan İsmayılov bizimlə söhbətində bildirib ki, 20 gün ərzində iddiaya etiraz vermək hüququ var və bu hüququndan istifadə edəcək. Hüquqşünas əlavə edib ki, o, AFFA barədə yazdıqlarının məsuliyyətini dərk edir. 

"AFFA iddia edir ki, şəffaf fəaliyyət göstərir, hər il hesabat Konfransında futbol ictimaiyyəti, media, dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında hesabat verir.

Həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır".

Xatırladaq ki, Aslan İsmayılov sosial şəbəkə hesabında AFFA-nı korrupsiyada, qeyri-şəffaflıqda, işlədilən fəhlələrə əməkhaqqı verilməməsində ittiham edib. 
Qurumun rəhbərliyi isə hüquqşünasın yazdıqlarını böhatn hesab edərək onu məhkəməyə verib. AFFA Aslan İsmayılovun üzr istəməsini və 10 min manat təzminat ödəməsini tələb edir.



Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap