|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Aktrisa olmaq istəyini atasından gizlətdi, efirdə söyüş söydü, linç edildi - Afaq Bəşirqızı haqqında - FOTO
Tarix 18.04.23, 8:14 |
|
Kulis.az Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı faktları təqdim edir.
Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində görkəmli aktyor Bəşir Səfəroğlunun ailəsində doğulub. Zümrüd adında bir bacısı var. Aktrisa atasını belə xatırlayır:
“Atam 1925-ci ilin mart ayının 11-də anadan olub. 1969-cu ilin mart ayının 23-də dünyasını dəyişib. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Atamın çox sərt xasiyyəti vardı. Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən bir insan idi. Özü səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırdı. Dostları çox az idi, hər adamla yoldaşlıq eləməzdi və hər kəsi evə qonaq gətirməzdi.
Bəşir Səfəroğlunu itirməklə xalqımız bir sənətkar itirdisə, mən həm də ata itirdim. Atamdan əvvəl də anamı itirmişdim və ata itkisi məni birdən-birə dəyişdirdi. Atam rəhmətə gedəndə mənim 14 yaşım olsa da, birdən-birə 44 yaşlı bir insana çevrildim, birdən-birə qocaldım.
Atamın uyuduğu qəbiristanlıqla məktəbimizin arası çox yaxın idi. Tez-tez dərslər arasındakı tənəffüsdə qaçıb ora gedirdim. Sonra ora hasar hördülər ki, keçə bilməyək o üzə”.
Valideynlərini çox erkən, hələ uşaq yaşlarından itirən, nənəsinin yanında böyüyən A.Bəşirqızı uşaqlığını hər zaman ürək ağrısı ilə xatırlayır, o illərdən danışarkən - "1969-cu ilə qədər dəcəl olmuşam, sonra sakitləşdim”, - deyir. Məktəb illərini isə belə xatırlayır:
“Mütaliəyə, kitaba marağım çox kiçik yaşlarımdan vardı. Nənəmin yanında yaşayırdım. O, demək olar ki, hər gecə mənə kitab oxuyurdu. Az qala hərfləri hələ təzə öyrənməyə başlayanda “Koroğlu” dastanını oxumuşam. 5-ci sinifdə oxuyarkən isə İlyas Əfəndiyevin romanlarını, bir çox başqa yazıçılarımızın qalın-qalın əsərlərini oxumuşdum. Tarix və ədəbiyyatı çox sevmişəm”.
Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.
Afaq xanımın dediyinə görə, sərt xasiyyətli, tələbkar insan olan atası ona aktrisa olmağa icazə verməzdi. Bəlkə də, buna görədir ki, o, ilk səhnə işi kimi məktəbdə yaratdığı balaca rola görə çox böyük həyəcan keçirib, atasının qorxusundan bunu ondan gizlədib.
Cəfər Cabbarlının yubileyi ərəfəsində “Almaz” pyesindən bir hissəni səhnələşdirərkən olub bu hadisə. Balaca Afaq səhnəcikdə Kəblə Fatmanisəni oynamalı imiş. Rol təklif olunanda çox qorxur, atasının onu səhnədə görüb hirslənəcəyindən ehtiyatlanır. Amma başqa əlac da yox idi, müəllimin tapşırığı belə idi. Atasından gizlətməyə çalışsa da, analığı bunu atasına deyir:
“Təsəvvür edin ki, tamaşanın şirin yerində atamı görəndə çox həyəcanlandım, sözlər yadımdan çıxdı, hər şeyi qarışdırdım. Amma birtəhər vəziyyətdən çıxmışdım. Deyəsən, atamın da xoşuna gəlmişdi. Çünki evdə mənim improvizələrimə söz atmaqları, gülümsəmələri bunu göstərirdi”.
Onun “Bəxt üzüyü” tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Aktrisa məhz bu obrazla bütün ölkədə tanınıb.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Aktrisa bu günə kimi həmin teatrda çalışır.
Onun “Bankir adaxlı” tamaşasındakı yaratdığı Nisə obrazı indiyənə qədər izləyicilərin maraq dairəsindədir. Buna görədir ki, illərdir tamaşa teatr səhnəsinin ən çox baxılan və tələb olunan tamaşaları sırasında öndədir.
Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın “Evləri köndələn yar” (Darçınbəyim), Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” (Zəhra), Əli Əmirlinin “Bala başa bəla” (Suğra), Məcnun Vahidovun “Yarımştat” (Ayna), Aqşin Babayevin “Nekroloq” (Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və “Afaq gülür güldürür” şousunda müxtəlif obrazlar yaradıb.
“Azərbaycanfilm”in istehsalı olan “Mozalan” satirik kinojurnalıında “Uşaq bağçası”, “Ət kombinatında”, “Xaricdə belə deyil”, “Belə də olur” nömrələrinin süjetlərində çıxış edib.
“Bəxt üzüyü” filmindən sonra Ramiz Əzizbəyli ilə uzun müddət küsülü qalıblar. Səbəbi isə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi olub. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib:
“Mən illərdir ki, onunla küsülüyəm, danışmıram. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanındı, uğur qazandı, “Bəxt üzüyü”ndən sonra “Xalq artisti” adını aldı. Heç barışıq addımına ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil”.
Space TV-də yayımlanan “Afaq gülür, güldürür”lə daha böyük kütlələrə yol tapan Afaq Bəşirqızı müsahibələrinin birində layihənin bitməsini belə əsaslandırır:
“Layihə məndən asılı olmayan səbəblərdən dayandırıldı. “Space” TV-nin rəhbərliyi dəyişdi və yeni rəhbərliyin bu proqrama fikri, yönü başqa cür oldu deyə mən dayandırdım. Amma çox müvəffəqiyyətli idi və 8 serial çəkilmişdi. Yəqin ki, belə də olmalı idi. Hər şeydən bir az, amma dadlı və duzlu”.
Atası Bəşir Səfəroğlunun adına teatr açsa da, istədiyini ala bilmir:
“Azərbaycanda vəziyyətin necə olduğunu bilirsiniz, Rusiyaya gəlincə, orada təlatümlü bir ab-hava hökm sürür. Orada Rusiya vətəndaşı olmayan xarici vətəndaşların vəziyyəti ağırlaşıb. İşlə məşğul olan əcnəbi vətəndaşlara vergilərdən tutmuş münasibətə qədər çox kəskin dəyişiklik hiss olunur. Bir də ki, “Bəşir” Teatrı dörd il Rus Evi adlanan təşkilatın tərkibində idi. Bunun da bir neçə səbəbi var. Əsas odur ki, təşkilat xarici ölkələrə qastrollar təşkil edirdi. 2009-cu ildən 2011-ci ilə qədər “Bəşir” Teatrı səkkiz xarici dövlətdə qastrol səfərində oldu. Almaniyanın beş şəhərində, habelə İsrailə, İsveçrəyə, Amerikaya və digər ölkələrdə səfərlər etdik. Bütün bunlar mənim teatrımın spesifikasına uyğun idi. Çünki teatrımız köklü sürətdə bir yerdə qalmaq üçün yaranmamışdı. “Bəşir” Teatrı səyyar teatr kimi yarandı, elə də mövcudluğunu davam etdirdi. 2014-cü ildə səhhətimlə əlaqədar olaraq teatrı akademik məzuniyyətə çıxardım. Teatrın direktoru, mühasibi, hüquqşünası istisna olmaqla qalan işçilərin hamısı dəvətli olduğundan belə akademik məzuniyyətlər ola bilər. “Bəşir” Teatrı Rusiyada heç vaxt ləğv olunmayacaq. Xırda-xırda da olsa, onun fəaliyyəti indi davam edir. Məsələn, teatr üçgünlük Novosibirskə dəvət olunub. Amma tam anlamında teatrın fəaliyyətinin bərpasına çalışacağam”.
Afaq Bəşirqızı 2019-cu ildə Prezident İlham Əliyev və və vitse-prezident Mehriban Əliyeva ilə görüşdə aktyorların problemlərini dilə gətirib:
“Canım prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlansın, yeni işlər görülsün. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacları var”.
2021-ci ildə səhhətində problem yaranan aktrisa uzun müddət teatrdan uzaq qalıb. Aktrisa xəstəliyi haqqında bunları deyib:
“Əvvəl çaşdım. Çünki müəyyən xəstəliklərlə mübarizə aparırdım. Birdən-birə bunun meydana çıxıb, 15 gün ərzində açılmağı məni çaşdırdı. Yenə də bizim həkimlərimiz sağ olsunlar. Bilirsiniz, bəzi proqramlar olur ki, bizim həkimlərə qarşı ögey münasibət bəsləyirlər. Onlar bilmirlər ki, bizim həkimlərə xaricdə necə qiymət verirlər. Onlar bilmirlər ki, bizim həkimləri necə sevib, adlarına klinikalar açırlar. Allah bizim həkimlərə can sağlığı versin. Əlbəttə, gözlənilməz olduğu kimi tez səfərbərlik etdik. Bu xəstəliyin tez üstünə düşdük. Hər şey xəstəliyin aşkar olunması və əməliyyatla birgə 10 gün vaxt getdi. Həkimlər çox sərrast çalışdılar. Mən bir də xalqıma ona görə minnətdaram ki, bütün bunları öz hesabıma başa gəlsə, qarşılaya bilməzdim. Hamısını onlar öz hesablarına, mənim həyatda qalmağım üçün etdilər. Onlara çox minnətdaram. Soruşsalar ki, həyatını kimə borclusan? Deyərəm əvvəl Allaha, sonra həkimlərimə. Bütün həkimlərə can sağlığı arzu edirəm. Ölənlərə rəhmət diləyirəm. Məndən soruşsalar ki, bir də həyata gəlsən, nə olarsan? Deyərəm, həkim. Amma nə həkimi bilmirəm”.
2021-ci ildə ARB TV-də “Elgizlə izlə” proqramına telefonla bağlanan Afaq Bəşirqızının söyüş söyməsi uzun müddət müzakirə mövzusu olub. Nəticədə, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib.
Daha sonra Afaq Bəşirqızının “Rayondan gəlib, zirzəmidə şikəst uşaq əkib-doğurlar” ifadəsi səs-küyə səbəb olub. Aktrisa məsələyə belə aydınlıq gətirib:
“Əvvəla, o cümləm kontekstdən çıxarılıb. O, tamamilə başqa bir müsahibə idi. Həmin müsahibədə mənim yaradıcılığımdan söhbət gedirdi, tamaşanın təhlilindən danışırdım, bu mövzu ətrafında müsahibəm davam edirdi. Bunlar arada verilən suallar idi və mən o sualların hamısına düzgün cavab vermişəm.
Siz özünüz də daxilinizdə bilirsiniz ki, mən düzgün demişəm. Mənim üçün fikirlərimə yazılan şərhlər heç maraqlı deyil və oxumuram. Həmin yazı qərəzli şəkildə verilib. Millətin belə çılğın, əsəbi vəziyyətində bu yazını yayıblar. Yazırlar ki, Afaq Bəşirqızı deyir ki, “podyezd”lərdə doğurlar. Siz həmin müsahibənin bütöv versiyasına baxın, görün orada “podyezd”də doğmaq söhbəti olub?! Başlığa belə şeylər yazırlar.
Mən demişəm ki, insanlar cavan evlənirlər, gəlirlər “novostroyka”nın zirzəmisində uşaq əkirlər, o da olur şikəst. Sonra da düşürlər verilişlərin canına ki, bu uşağı müalicə etməyə yardım edin. Yalan demişəm?! Düzgün danışmışam mən. Bu dəqiqə millətin ən qlobal dərdi budur. Şəhər kəndə qarışıb, kənd də şəhərə. Əvvəla Afaq vətən, millət dərdi çəkəndə, elə insanlar, hansı ki, mən onları heç insan da adlandırmaq istəmirəm, onlar harada gizlənmişdilər bilinmirdi! Deyirlər, məni tənqid edirlər, o şərhləri heç oxumamışam. Amma qulağıma gəlib çatıb. Elə o şərhləri yazanlar haqqında danışmışam mən ona görə onlara belə təsir edir”.
Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının XIV konfransını yarımçıq tərk edib. Daha sonra isə jurnalistlərə narazılığını belə ifadə edib:
"O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm:
Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azərpaşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil”.
Azərpaşa Nemətovun vəfatından sonra Afaq Bəşirqızı küsülü olduğu rejissor haqqında bunları deyib:
“Azərpaşanı bir il deyil tanıyıram. Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambisiyamız üçün sözləşməmişdik, mən aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azərpaşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq, amma, deməli, var. Hər-halda səmimi insan olduğuma inanarsınız. Mənə heç kim bu sözləri dedirdə bilməz. Bir dənə heyifsiləndiyim bir şey var. Uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. İndiki dostluğun çox fərqi var bizim zəmanənin dostluğu ilə. Həmişə sənətkarların arasında belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”.
Afaq Bəşirqızı proqramlardan birinə verdiyi açıqlamada Rusiyada olan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:
“Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkirlər, Qurd qapısından, Xırdalandan xəbər verilməyini gözləyirlər. Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidirlər. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər”.
Aktrisa hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləyir.
Xəbərin oxunma sayı : 349
Maqazin
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV