![]() |
|














Allahşükür Paşazadənin xüsusi missiyası – Prezident QMİ-ni dünya platformasına çıxarır
Tarix 31.10.18, 18:51 |
|

Prezident İlham Əliyev sentyabrın 29-da Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayırıb.
Bu sərəncam dünyada “Bakı prosesi” adlandırılmış mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində QMİ-nin xüsusi yerini ifadə edir.
Bu il 10 yaşı tamam olmuş “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. “Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır.
Prezident İlham Əliyevin bu sərəncamı Qafqaz Müsəlmanları İdarəsinin və onun rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin bu prosesdə uzun illərdir apardığı fəaliyyətinə verilən qiyməti bir daha nümayiş etdirir. Aydın məsələdir ki, cəmiyyətdə həmişə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac var. Bu söz eşidilir. Odur ki, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.
QMİ-nin bu prosesdə aparıcı mövqeyə çıxması bu günkü dünyanın gerçək reallığından doğur. Bu gün dünyada və regionda gedən proseslər ənənəvi “din dövlətdən, siyasətdən ayrıdır” prinsipini xeyli dəyişdirib. Reallıq bundan ibarətdir ki, dini sloqanlar terrorun bir alətinə çevrilib və geopolitik ziddiyətlərin əsas silahı kimi çıxış edir. Çağdaş əsrimizdə dinlər arasında mövcud fərqlərə əsaslanan «sivilizasiyaların toqquşması» nəzəriyyəsi populyarlaşıb və öz tərəfdarlarını tapıb. Siyasi maraqlarını təmin etmək üçün dindən «zərbə qüvvəsi» kimi istifadə edən bu qruplar öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə din amilindən istifadə edirlər.
Bu günkü dünyada islam dininə qarşı təşkil olunan siyasi demarşlar, bu ülvi inamı çirkin terror ləkəsi ilə ləkələməyə çalışanların rüsvay olunmasında, doğruların çatdırılmasında tanınmış ruhanilərin mövqeyi çox mühüm əhəmiyyət daşıyır.
Ölkəmizin sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəliklər qoyur və belə vəziyyət hakimiyyətdən xüsusi həssaslıq tələb edir. Azərbaycan üçün bu xüsusilə vacibdir. Dövlətimizin son iki ili islam həmrəyliyi və multikulturalizm ili elan etməsi də, etiraf edək ki, bu narahatçılıqdan irəli gəlir. Ölkə daxilində bu istiqamətdə çoxşaxəli fəaliyyət var. Hər il keçirilən ən müxtəlif tədbirlər tolerantlıq ideyalarının cəmiyyətdə möhkəmlənməsində öz töhfəsini verir. Amma görünür, hökumət ölkədaxili tədbirləri yetərli saymır. İndi multklturalizmin ixracına qərar verib, ölkəmizin tolerant bir məkan kimi təbliğ olunmasını hədəfləyib.
Fərqli inanclı insanları bir-birinə qarşı qoymaqla siyasi dividend əldə etmək istəyənlərin, ambisiyalı maraqların at oynatdığı bir zamanda dinlər və xalqlar arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə dini harmoniyanın saxlanılması üçün dövlətin göstərdiyi qətiyyət, apardığı işlər daxili həmrəylik üçün nə qədər vacibdirsə, Azərbaycanın bu məsələdə nümunəvi imicinin xaricdə təbliği bir o qədər mühümdür.
Azərbaycan xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğini təşkil etməklə həm özünün potensialını, bu prosesdə iştirak edəcək liderlərini, və təcrübəsini nümayiş etdirir, eyni zamanda ölkəmizə qarşı hazırlanacaq real təhlükələrə qarşı dünyanın tərəqqipərvər kəsimi ilə vahid cəbhəsini formalaşdırır. Bu qlobal təhlükəyə qarşı birgə mübarizə Azərbaycanı ön cərgələrdə yer almağa onu dünyada səsi eşidiləcək dövlətə çevirir.
Görünür, dünyada tolerantlıq ideyalarının təbliği üçün şeyx Allahşükür Paşazadənin timsalında QMİ-yə prioritet verilməsində şeyxülislam faktoru mühüm rol oynayıb. İlk olaraq onu vurğulamaq lazımdır ki, şeyx Azərbaycandakı məzhəbləri özündə birlşədirən bir dini lideri olaraq tolerantlıq numunəsini yarada bilib.
Digər tərəfdən, A.Paşazadənin islam ölkələri və dünyadakı bütün dini cameələr arasında xüsusi nüfuzu artıq çoxdandır ki, onu bu prosesin aparıcı fiquruna çevirib.
Bunun kökləri isə SSRİ-yə qədər uzanır. Ateist ölkədə Şeyxülislam kimi çalışan A. Paşazadə hələ o zamandan bu gün dünyanın tanınmış dini xadimlərinə çevrilmiş şəxslərlə əlaqəsi, dostluğu, əldə etdiyi nüfuzu bu gün Azərbaycanın bu yöndə siyasətinin yürütməsinə çox kömək edir.
Şeyxin bu illərdə Şimali Qafqaza, Türkiyəyə, Avropaya səfərləri elə bu trendin təbliğinə hədəflənib. Elə təkcə 2018-ci ildə onun Rusiyaya, Qazaxstana, Avstriyaya, Şimali Qafqaz bölgəsinə mütəmadi səfərlərində, Qafqaz Xalqları Ali Dini Şurasının tədbirlərində çıxışlarında tolerantlıq və birgəyaşayış tezisləri aparıcı olub. QMİ sədrinin bu görüşləri böyük bir arealda Azərbaycanın irəli sürdüyü bu prioritetlərin təbliği üçün unikal müstəvdir. A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri bu məsələnin reallaşmasında mühüm təsir göstərir. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.
Elə bu günlərdə yekunlaşmış Bakı Humanitar Forumunda çıxışı zamanı Allahşükür Paşazadə bir daha Azərbaycanın irəli sürdüyü tolerantlıq dəyərlərinə sadiq olduğunu vurğuladı və yaxın zamanlarda Avropada bununla bağlı böyük tədbirlərə start veriləcəyini dedi. Şeyxin öz iqamətgahında Forum iştirakçılarına verdiyi ziyafəti həm də bu dini tolerantlıq mesajının bir nümayişi saymaq olar.
Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada tolerantlıq ənənələrinin yaradılmasında mühüm rol oynayıb. Odur ki, Azərbaycanın tolerantlığı Avropa üçün mayak ola bilər.
…Hər səhər Bakıda azan səsi ucalır, kilsə zəngi çalınır, sinaqoqda dua səsləri ucalır. Katolik məbədində isə yeni başlanan günün uğurlu olması üçün tanrıya dualar edilir. Bütün bunlar Bakıda baş verir – tolerantlıq nümunəsi sayılan şəhərimizdə. Azərbaycanda heç vaxt milli və dini ayrı-seçkiliklə bağlı, Avropa tarixində olduğu kimi, özündə dəhşətli və utancverici iz qoymuş «qara səhifə» olmayıb. Burada tarixin bütün çağlarında fərqli milli kökü və dini baxışı olan insanlar bir yerdə mehriban yaşayıblar. Ölkəmizdə insanlar dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar. Belə zəngin tolerantlıq ənənələri olan ölkənin təcrübəsi dünya üçün nümunə ola bilər.
X.Əfqani
Strateq.az
Xəbərin oxunma sayı : 490
Gündəm
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV