Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Almaniyanın müdafiə naziri:“Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməlidir”

Tarix 22.04.18, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


 Almaniya müdafiə naziri Ursula fon der Lyayen Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməsini zəruri sayır.

Ursula fon der Lyayenin bu gün “Bild am Sonntag” nəşrində dərc olunan müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin “zəifliyi qiymətləndirmir”, sanksiyalar yolu ilə rəsmi Moskvanı Minsk öhdəliklərini yerinə yetirməyə məcbur etmək lazımdır.

Almaniya müdafiə naziri Rusiya ilə münasibətləri yaxşılaşdırmağa bir neçə amilin mane olduğunu nəzərə çatdırıb. Bu sırada da Krımın işğalını, Rusiyanın Ukraynanın şərqində vəziyyəti gərginləşdirməsini, Rusiya aviasiyası tərəfindən bombalanma nəticəsində Suriyanın Hələb şəhərinin dağıdılmasını və Bəşər Əsəd rejimini müdafiə etməsini göstərib. Ursula fon der Lyayen düşmən obrazının Qərbə deyil, Kremlə lazım olduğunu vurğulayıb. Eyni zamanda Moskva ilə dialoqa hazır olmağı vacib sayıb: “Avropa İttifaqı xüsusən xarici siyasət sahəsində qərar qəbul etmə mexanizmini dəyişdirmək də zəruridir. Hazırda qərarın qəbulu üçün Avropa İttifaqına üzv 28 dövlətin hamısının razılığı tələb olunur. Ancaq dünyadakı vəziyyət bəzən sürətli reaksiya verməyi tələb edir. Buna görə də Avropa İttifaqında qərarların sadə çoxluqla qəbulu məsələsini qaldırmaq lazımdır”. (APA)

 



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap