“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək - SİYAHI

Tarix 11.06.19, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elan verilib. 

AMEA-dan verilən məlumata görə, direktor vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, həmin bölmədən olan üzvlər və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında müvafiq bölmə bürosunun, AMEA-nın həmin bölmədən olan üzvünün və ya elmi müəssisənin elmi şurasının təqdimatı;

- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;

- elmi əsərlərin təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal.

Aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edilib:

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Fizika İnstitutu

İdarəetmə Sistemləri İnstitutu

Riyaziyyat və Mexanika İnstitutu

İnformasiya Texnologiyaları İnstitutu

Biofizika İnstitutu

Kimya Elmləri Bölməsi üzrə:

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Yer Elmləri Bölməsi üzrə:

Geologiya və Geofizika İnstitutu

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu
Mərkəzi Nəbatat Bağı

Humanitar Elmlər Bölməsi üzrə:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi

İctimai Elmləri Bölməsi üzrə:

Fəlsəfə İnstitutu
Milli Azərbaycan Tarixi Muzeyi
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu.

Report



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap