Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Amerikalılar Trampa etibar etmir - Sorğu

Tarix 17.12.18, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Amerikalılar ABŞ prezidenti Donald Trampa əvvəlki illərlə müqayisədə daha az etibar edirlər.

Virtualaz.org bildirir ki, NBC telekanalı və “The Wall Street Journal” nəşrinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrindən belə məlum olur.

6-12 dekabr tarixləri ərzində aparılan və ümumilikdə müxtəlif irq, cins, yaş və dinlərdən olan 900 amerikalının iştirak etdiyi sorğunun nəticələrinə görə, amerikalıların 62 faizi D.Trampın “Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi” məsələsində yalan danışdığını hesab edir. Müqayisə üçün deyək ki, avqust ayında bu göstərici 52 faiz təşkil edirdi.

Respondentlərin 42 faizi hesab edir ki, Ağ Ev rəhbərinin qeyri-səmimiliyini onun köməkçilərinin verdiyi bəyanatlar da əks etdirir. Bir il əvvəl bu göstərici 36 faiz təşkil edirdi.

Bu arada, sorğuda iştirak edənlərin yarısı belə nəticəyə gəlib ki, baş prokuror Rober Müllerin D.Trampın “Moskva əlaqələri” ilə bağlı apardığı təhqiqat prezidentin dürüstlüyünə şübhə ilə yanaşmağa əsas verir.

Ümumilikdə respondentlərin 43 faiz amerikalı liderə dəstək göstərib, 54 faizi isə onun fəaliyyəti ilə bağlı narazılıq ifadə edib. Yalnız 38 faiz Trampın ikinci müddətə prezidentliyə namizədliyinin irəli sürüləcəyi təqdirdə ona səs verəcəklərini açıqlayıb.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap