![]() |
|














Ankara Brüselin boğazından yapışıb:“Qaçqınları Avropaya buraxacağıq” - Araşdırma
Tarix 28.07.19, 15:32 |
|

Vladimir Dobrınin
vzqlyad.ru, 27.07.2019
Avropa Komissiyasının iki gün ərzində praktik olaraq sözü olmadı ki, Türkiyənin görünməmiş demarşına cavab versin. Ankara bir zamanlar Brüssellə əldə edilmiş sazişləri yerinə yetirməkdən imtina edib – Türkiyə pul və vizasız rejimin əvəzində AB ölkələrinə çoxminlik qaçqın axınını dayandırmaq öhdəliyini üzərinə götürmüşdü.
Bəs nə baş verib? Türkiyə hökuməti hələ iyulun 22-də – bazar ertəsi bildirib ki, immiqrantların readmissiyası (geri qəbul etmək-tərc.) haqda Avropa Birliyi ilə 2016-cı ildə imzalanmış sazişin fəaliyyətini dayandırır. Bu haqda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TGRT radiostansiyasına müsahibədə məlumat verib. Diplomat məlumatlandırıb ki, “bu tədbir təkcə bu yaxınlarda Kiprin müstəsna iqtisadi zonasında aparılan qaz yataqlarının kəşfiyyatına görə Avropa Birliyinin Türkiyəyə qoyduğu sanksiyalarla deyil”, həm də AB ərazisinə səfər edən Türkiyə vətəndaşları üçün vizaların ləğvi haqda AB-nin vədlərinin yerinə yetirilmədiyi ilə bağlıdır.
Nazir deyib: “Readmissiya haqda saziş və vizadan azad edilmək eyni vaxtda qüvvəyə minməli idi. Bu, baş vermədu. Biz readmissiya haqda sazişin fəaliyyətini dayandırdıq”.
Yada salaq ki, Türkiyə sazişə uyğun olaraq təkcə “ərəblərdən avropalılara” yolda mane olmaq deyil, həm də Köhnə Dünyadan zorla qaytarılan qeyri-leqal köçkünlərin qəbul məntəqəsi olmağı öhdəsinə götürmüşdü. AB Yaxın Şərqdən öz ərazilərindən qaçaraq AB-də ən yaxşı yaşayış axtaranlar ordusunu mühasirəyə almaq üçün Ankaraya altı milyard avro ödəməyi və türklərə Şengen zonasına daxil olan ölkələrə vizasız səfər etmək icazəsi verməyi öhdəsinə götürüb.
Düzdür, sonuncu tam bir sıra qeyd-şərtlərlə hazırlanmışdı. Daha dəqiq olsaq, Türkiyə sübut etməli idi ki, Brüsselin ona qarşı irəli sürdüyü 72 şərtə uyğun gəlir. “Azlıqların hüquqlarının təmini” (əsasən, cinsi azlıqların), “söz azadlığı və siyasi motivlərə görə izləməkdən imtina”, “məhkəmələrin müstəqilliyini təmin etmək” və bir çox başqaları bunların içində olub.
Avropanın saysız-hesabsız KİV-ləri o zaman hamıya car çəkib ki, “Türkiyə üçün vizasız rejim artıq 2016-cı ilin iyununda gerçəklik ola bilər”.
Amma o vaxtdan bəri heç nə dəyişilməyib – Türkiyə üçün vizasız rejim belə də əlçatmaz arzu kimi görünür.
Xüsusən də 2016-cı il iyulun 15-dən Avropanın tələblərini yerinə yetirməyə Türkiyənin ümumiyyətlə marağı olmadığı üçün. Baş vermiş dövlət çevrilişi cəhdi prezident Rəcəb Ərdoğanı müxalifətə münasibəti sərtləşdirməyə vadar edib, 2019-cu ilin martında isə ölkədə ən yüksək cəza tədbiri kimi ümumiyyətlə ölüm cəzasını bəpra etmək üçün fikir bildirib. Bütün bunlar faktiki olaraq cəzalar siyahısında ölüm cəzasının olmasını nonsens sayan Avropa ilə vizanı ləğv etmək perspektivlərinə son qoyub.
Bəlkə də, baş tutmamış vizasız rejim haqda Brüsseldə xüsusi mütəəssir olmayıblar, ola bilsin, hətta yüngüllüklə nəfəs alıblar. Amma, bax, Türkiyə tərəfinin miqrantların qabağını almaq haqda sazişin fəaliyyətini dayandırmaq bəyanatı Avropa Birliyini ciddi narahat edir. Kipr sularında qaz kəşfiyyatı aparmağa görə Brüsselin Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara mümkün cavab variantlarından biri Avropa üçün ən gözlənilməz və ən ağrılı cavabdır.
2016-cı ildə saziş imzalandıqdan sonra Yunanıstan adalarına gələn mühacirlərin sayı kəskin azalıb. 2015-ci ilin yayında Türkiyə üzərindən Avropaya (böyük qismi Yunanıstanla quru sərhədindən və Egey dənizində su ilə adalara) ayda 150 000 adam gəlibsə, bu göstərici bir ildən sonra 50 000-ədək, 2017-ci ilin başlanğıcına doğru isə ayda 3000 nəfərədək düşüb.
Və budur, indi tolerant Avropa Birliyinin yeni komandanlığının kürəyindən əsməcə keçir: qeyri-leqalların yeni fırtınası tamamilə gerçək perspektivə çevrilir. Ərdoğan NATO tərəfdən ən sərt basqıya baxmayaraq, Rusiyanın S-400 RƏM sistemini almaqla öz qətiyyətini artıq göstərib. Miqrantların qabağını alan şlüzləri açmaq onun üçün çətin olmayacaq. Xüsusən də AB-dən alınmış pullar artıq yeməyə xərcləndiyinə görə.
Və görünür, qaçqınları önləmək üzrə sazişin qüvvəsini uzatmaq haqda danışıqlar halında söhbət təkcə artıq o qədər də yeni müavinətpulu məbləğindən deyil, Kiprin (tanınmamış, amma fakt üzrə) türk hissəsi yaxınlığındakı qaz yataqlarından gedəcək. Və burada Brüsselin mövqeləri zəif görünür. Düzdür, Çavuşoğlu Brüsseldən diplomatcasına xahiş edib ki, Türkiyənin Kiprlə danışıqlarında sonuncunun tərəfində durmasın, “vasitəçi kimi çıxış etsin”.
Türkiyə DİN başçısı Süleyman Soylu daha açıq danışıb. О, eyham vurub ki, Türkiyə tənzimlənməyən miqrasiyadan Brüsselə qarşı ümumiyyətlə basqı aləti kimi yararlana bilər.
“Anadolu” agentliyi Soylunun sözlərini misal gətirir: “Aydındır ki, Avropa bizi bu məsələdə tək qoyub. Çiynimizə təqdirlə vurmaq bizi daha qane etmir. Türkiyə vaxtında qəti tədbirlər görməsəydi, Avropanın heç bir hökuməti (qaçqınların yürüşünə) hətta altı ay da duruş gətirməzdi. Əgər istəyirsinizsə, (Avropanın qapılarını açmağı) sınaqdan keçirərik”.
İspaniyanın “El Mundo” nəşri isə yada salmağı vacib sayıb: “İndiki anda Türkiyədə Avropaya keçməmiş üç milyonadək suriyalı qaçqın yerləşir”.
Brüssel Türkiyənin bu demarşına nə ilə cavab verib? Praktik olaraq heç nə ilə: Avropa Komissiyası (AK) mətbuatla əlaqələr üzrə müvəkkilin ağzıyla ənənəvi üslubda danışıb: “uşaqlar, gəlin, mehriban yaşayaq”.
AK təmsilçisi bildirib: “Biz inanırıq ki, hər iki tərəf imzalanmış sazişə tərəfdar olacaq”.
Bu sözlər Türkiyəyə eynilə siyasi xadimlərin əldə gül və asfalt üzərində “Biz sülh uğrundayıq” yazısı ilə uşaq düşüncəli yaşlı adamların keçirdikləri etiraz marşının terrorçulara bağışladığı təsiri buraxıb.
Brüsselin mövqeyi Ankaranı qane etməyib: Almaniyanın “The World News Monitor” saytının məlumatına görə, “Çavuşoğlu cavabında bildirib ki, onun ölkəsini NATO-dan çıxartmaq vədlərilə qorxutmaq olmaz, çünki bu hədələr apriori yerinə yetirilə bilməyəndir”.
Türkiyənin “Sabah” nəşri Ankaranın baş diplomatının sözlərini göstərib: “AB blokun qapıları ağzında onu bizim üçün haçan açacaqları gözləntisi ilə əlli il ayaq döyməyə hazır olduğumuza bel bağlayırsa, bu, hədər işdir. Biz xarici siyasətin yeni prinsiplərini hazırlayırıq və bu haqda avqustun əvvəlində məlumat verərik”.
Deyəsən, Türkiyə daxili işlər nazirinin türklər Avropa qapılarını açarsa, Avropa Birliyi dövlətlərinin yürüşün öhdəsindən gələ bilməyəcəkəri haqda sözləri həqiqətdən uzaq deyil.
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 388
Analiz
Xəbərlər
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
TOP 10
ARXİV