Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Anlaşma pozulur: Türkiyə İraqa girməyə hazırlaşır

Tarix 17.09.17, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Bərzaninin referendum qərarına görə türkmanlar, ərəblər və hətta bəzi kürdlər belə Türkiyədən hansısa addım atılmasını gözləyirlər.

Axar.az xəbər verir ki, bunu “Yeni Şəfəq” qəzetinə açıqlamasında Türkiyənin keçmiş prezidenti Abdulla Gülün keçmiş müşaviri Ərşad Hörmüzlü söyləyib.

“Onlar eyni addımı İran və Bağdaddan da gözləyirlər. Bölgədə bu üç dövlət birgə hərəkət etmək məcburiyyətindədirlər. Türkiyədən Bərzanini fikrindən daşınması üçün addımlar atmağı gözlənilir. Bərzani hökumətinə İraq artıq öz qapılarını bağlayıb. Türkiyə və İran da qapılarını bağlayarsa, Bərzaninin iqtisadiyyatına ağır zərbə vurulacaq. Şimali İraq Türkiyəyə möhtacdır. Əgər kürdlər müstəqillik qazansa, o zaman İraq 1926-cı il Ankara anlaşmasına əməl etməmiş olacaq. Bu razılaşma o zaman yenidən gündəmə gələcək”, – deyə o bildirib.

Qeyd edək ki, Ankara anlaşması Türkiyə, İraq və İngiltərə arasında imzalanıb. Bu razılaşma sayəsində Türkiyə-İraq sərhədi tam rəsmiləşib. Anlaşmaya əsasən İraqın şimalında hansısa dövlət qurulsa, razılaşma ləğv ediləcək və Mosulla Kərkük daxil olmaqla İraqın şimalı Ankaranın idarəsinə keçəcək.



Xəbərin oxunma sayı : 1009




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap