Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Aqil Abbas özəl telekanalları bağlamağa çağırdı:“Əxlaqsızlığı yayırlar...”

Tarix 07.12.18, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycandakı özəl televiziya kanalları bu millətə nəyi aşılayır, bəlli deyil”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.  O deyib ki, bu gün özəl kanallar əxlaqsızlığı yayır: “Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, niyə uşaqları rus məktəblərinə qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır”.

A.Abbas bildirib ki, Milli Televiziya və Radio Şurasına belə bir səlahiyyət verilməlidir ki, televiziya kanalları ilə bağlı tədbirlər görsün, kanalları bağlasın: “Bütün ölkələrdə belə bir qanun var. Hesab edirəm ki, bizdə də belə bir qanun olmalıdır”.




Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap