Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

AQTA əhaliyə çağırış etdi – Bayramla bağlı

Tarix 11.08.19, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


“Sakinlər Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng vurub öz məhəllə və küçələrinə gecə ilə gizlicə qurbanlıq heyvanların yığıldığını məlumat verirlər, qarşısının alınmasını xahiş edirlər. Bu o deməkdir ki, artıq vətəndaşlar küçələrdə, yol kənarlarında kəsimin həyata keçirilməsini istəmirlər”.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib. Onun sözlərinə görə, daxil olan məlumatlarla bağlı operativ şəkildə aidiyyəti qurumlarla birgə tədbirlər görülür.

Qurum rəsmisi eyni zamanda vətəndaşlara da çağırış edib: “Ancaq bu faktlar ictimai nəzarətin göstəricisi kimi vacib amildir. Əslində vətəndaşlar özləri də yığışıb bu cür şəxslərə etirazlarını, öz küçələrinin, həyətlərinin antisanitar vəziyyətə gətirilməməsini tələb edə bilərlər. Bu onların vətəndaşlıq hüququdur.

Qeyd edim ki, bu il qurbanlıq heyvanların kəsimi üçün 44 stasionar və 30 çadırtipli kəsim düşərgəsi fəaliyyət göstərəcək. Bu əhalinin təlabatını ödəməyə yetir. Qalır qaydalara əməl etmək!”. /Report




Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap