Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Argentinada Hitlerin məxfi bunkeri aşkarlandı - FOTOLAR

Tarix 29.11.20, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


Argentinada nasist Almaniyasına məxsus, nasist lideri Adolf Hitlerin gizləndiyi güman olunan məxfi sığınacaq tədqiq edilir.

Bu barədə “Report” “Express”ə istinadən xəbər verir.

İddia edilir ki, nasist Almaniyasının füreri Adolf Hitler hətta 1945-ci ildə - müharibə bitirdikdən sonra sığınacaqda yaşaya bilərdi.

ABŞ-ın sabiq xüsusi təyinatlısı Tim Kennedi və Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı Bob Ber bildiriblər ki, Hitlerin ehtimal edilən sığınacağı Buenos-Ayresdən 600 mil şimaldadır. Yerli sakinlər arasında belə suallar ortaya çıxıb ki, Argentinanın uzaq regionunda üç tikinti nə üçün inşa edilib.

Açıklama yok.

Bildirilir ki, arxeoloqlar qazıntılar vaxtı Hitler və onun italyan həmkarı Benito Mussolininin şəkillərini tapıblar. Arxeoloqlar həmçinin 1940-cı ildə Almaniyada kəsilmiş qızıl qəpiklərin olduğu qutunu, nasist forması geymiş uşağın şəklini də aşkarlayıblar.

Lakin bəzi tarixçilər iddia edirlər ki, Hitlerin meyiti 1945-ci ilin mayında reyx dəftərxanasının xarabalıqlarlarında yandırılmış vəziyyətdə tapılıb və SSRİ rəhbəri İosif Stalinin əmrinə görə Hitler, varisi Yozef Gebbels və onun arvadının meyitləri birlikdə məhv edilib.

Yeri gəlmişkən qeyd edək ki, hazırda Hitlerin kəllə sümüyünün bir hissəsi Moskva arxivində saxlanılır.

Açıklama yok.

“Express”in son xəbəri mətbuatda yeni deyil. Əvvəllər də Hitlerin müharibədən sonra Almaniyada deyil, başqa ölkədə gizlənməsi barədə təsdiqini tapmamış saysız-hesabsız məlumatlar yayılıb. O ki qaldı, gizli bunkerdə tapılmış nasist simvollarına və fotolarına, “Report” xatırladır ki, Argentina İkinci Dünya Müharibəsindən sonra bəzi Cənubi Amerika ölkələri kimi 50-60-cı illərdə hitlerçilərin ən çox üz tutduqları dövlətlərdən biri idi. Çünki bu ölkənin hakimiyyəti nasizmə hüsn-rəğbət bəsləyirdi. Həmin vaxtlar dünyanın ən yaxşı xüsusi xidmət orqanlarının ilk üçlüyündə yer almış MOSSAD da uzun illər axtardığı, 900 min yəhudinin genosidində ititham edilən faşist cəlladlarından biri Adolf Eyxmanı məhz 60-cı illərdə Argentinada taparaq İsrailə gətirdi və məhkəmənin qərarı ilə Eyxman edam edildi. Eləcə də digər faşist cəlladlarının Argentinadan sığınacaq almaları məlum oldu. Odur ki, Argentinada tapılan gizli bunkerin məhz Hitlerə məxsus olması barədə iddiaları sübuta yetirmək kifayət qədər çətindir.

Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 805




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap