Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Arif Qaraşov oğlunun adı hallanan qəzadan danışdı:“Sükan arxasında oğlum deyil, sürücü olub“

Tarix 18.10.17, 1:52

Font ölçüsü : - / +
bitmap-img6


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.

AzFakt.com xəbər verir ki, o, "Qafqazinfo” ilə əlaqə saxlayaraq hadisəyə aydınlıq gətirib. Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub:

"Hadisə baş verən səhər saatlarında mən oğlumla Azərbaycan-Belarus biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”.

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq:

"Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.

Xatıradaq ki, bu gün Bakıda yolu keçən piyadanı "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobil vurub.

Yayılan xəbərə görə, qəza törədən maşın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur. 

Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl "Kapital Bank"ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.

Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən "Bentley"  "Rolls-Royce" və digər markalar yer tutur/Qafqazinfo.









Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap