![]() |
|














Arxeologiya İnstitutunun direktoru: “Arxeologiya sahəsində işlədilən eşşəyə 40, fəhləyə 8 manat ayrılır”
Tarix 08.05.19, 14:19 |
|

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın ONA-ya müsahibəsi
- Maisə xanım, 2019-cu ilin beş ayı ərzində Arxeologiya və Etnoqrafiya İnstitutu Goranboy, İmişli, Şamaxı ərazilərində arxeoloji qazıntılar aparıb. Qazıntıların nəticələrini necə qiymətləndirirsiniz?
- Doğrudur, bu il ərzində arxeoloji qazıntılar aparılıb. Amma hələ onların hesabatları mənə təqdim edilməyib. Buna görə də hələlik ekspedisiyaların nəticəsi barədə danışmaq tezdir. Siz bilirsiniz ki, hər bir xalqın tarixini öyrənmək üçün ən etibarlı mənbə arxeoloji abidələrdir. Azərbaycanda arxeologiyanın inkişafı 100 ildən bir qədər artıq vaxtı əhatə etsə də, əsaslı inkişafı ötən əsrin 60-70-cı illərində Heydər Əliyevin hakimiyyəti dövründə baş verdi. Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə Milli Elmlər Akademiyasının tərkibindəki Arxeologiya və Etnoqrafiya sektorunun əsasında Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı. Möhtərəm prezidentimiz İlham Əliyev də Arxeologiya və Etnoqrafiya İnstitutuna böyük qayğı ilə yanaşır. Cənab Prezidentin ekspedisiyaların maliyyələşdirilməsi, institutun maddi-texniki bazasının gücləndirilməsi haqqında verdiyi sərəncamlar arxeoloji tədqiqatları daha da genişləndirib. Əgər əvvəllər 10-15 ekspedisiya fəaliyyət göstərirdisə, bu sərəncamlardan sonra hazırda 40-a yaxın ekspedisiya fəaliyyət göstərir.
- Ekspedisiyalar ən çox hansı regionlara göndərilir?
- Naxçıvanda, Abşeronda, Qarabağın zəbt olunmayan ərazilərində, ümumiyyətlə, respublikanın, demək olar, bütün regionlarında tədqiqat işləri aparılır.
- Bu tədqiqatlar barədə qısaca məlumat verə bilərsinizmi?
- Siz bilirsiniz ki, Qarabağ müharibəsindən sonra ermənilər bizim bir çox abidələrimizi zəbt ediblər. Bunların içində Cənubi Qafqaz üçün olduqca önəmli olan Azıx mağarası da var. İşğaldan sonra bizdə daş dövrü ilə bağlı boşluq yaranmışdı. 2012-ci ildə Mingəçevirin sol sahilində Qaraca paleolit düşərgəsi tapılandan sonra bu dövrə aid yeniliklər üzə çıxdı. Deyim ki, Qaraca paleolit düşərgəsində bir milyona yaxın material tapılıb.
- Qaraca paleolit düşərgəsində hazırda işlər aparılır?
- Bu il orada hələ işlər aparılmayıb. İyun ayında yeni ekspedisiya göndəriləcək. Biz orada xarici alimlərlə birlikdə tədqiqatlar aparırıq. İnstitutun ən böyük məqsədlərindən biri də məhz xarici alimlərlə birlikdə müştərək tədqiqatlar aparmaqdır. Xarici alimlər bizə müxtəlif radioanalizlərin aparılmasında kömək edirlər.
- İnstitutda karbon 14 testi edən cihazlar yoxdur ki?
- Təəssüf ki, bizim institutda karbon 14 testi edən cihazlar yoxdur, Radiasiya Problemləri İnstitutunda var. Hazırda neolit və eneolit dövrü üzrə də geniş tədqiqatlar aparılır. Biz bu tədqiqatları Yaponiya, Almaniya, Fransa alimləri ilə birgə aparırıq. Bu baxımdan Tovuz rayonundakı Göytəpə abidəsini qeyd etmək istərdim. Göytəpədə aparılan tədqiqatlar zamanı yapon alimləri radiokarbon analizləri ilə təyin ediblər ki, burada 8500 il öncə kənd tipli yaşayış məskənləri mövcud olub. Bu da dünyada ən qədim kənd yaşayış məskənlərindən biri deməkdir.
- Ermənilər Azıx mağarasında bir sıra arxeoloji tədqiqatlar aparıblar və demək olar ki, işlər artıq yekunlaşıb. Onlar bu tapıntıları öz adlarına çıxırlar. Azərbaycan arxeoloqları bununla öz narazılıqlarını hansı formada bildiriblər?
- Sözsüz ki, çox etirazlarımız olub. Onlar Qarabağı zəbt edəndə Azıx mağarasında sursat saxlayırdılar, sonra isə tədqiqatlara başladılar. Biz o tədqiqatları tədqiqat hesab etmirik. Təəssüf ki, İngiltərə, İspaniya alimləri ermənilərə çox böyük köməklik göstərir. Biz sözsüz ki, yazılar, məqalələrlə etirazımızı bildiririk. Sizə deyim ki, biz Azıx mağarasında çənənin tapılması ilə bağlı konfrans keçirdik və dünyaya bildirdik ki, Azıx mağarası Azərbaycana məxsusdur. Konfransda iştirak edən xarici alimlər də bunu təsdiq etdilər.
- Ermənilər Ağdam rayonu ərazisində yerləşən Tiqranakertlə də bağlı qazıntılar apararaq, onu öz şəhərləri adlandırırlar...
- Bəli, ermənilər Tiqranakert şəhərinin Azərbaycanda olmasını da iddia edirlər. Halbuki o əraziyə Tiqranakertin qədim sikkəsini ataraq yalandan elə göstəriblər ki, guya pulu Ağdam ərazisindən tapıblar. Bunların elmi əsası yoxdur. Ağdam rayonunda belə bir şəhərin olması şayiədir və heç vaxt da olmayıb.
- Bəs dünya elmi o şəhərin Ağdamda olmasını qəbul edir?
- Xeyr. Dünya alimləri də ermənilərin bu tapıntısını qəbul etmir, yalan hesab edir. Ermənilər isbat etmək istəyirlər ki, elə bil şəhər mövcud olub. Eramızdan əvvəl 4-cü minillikdə bu coğrafiyada erməni var idi? Ermənilər Türkmənçay müqaviləsindən sonra bura köçüblər. Ona görə onlar bunu təsdiq edə bilməzlər.
- Bəlkə o şəhər Qafqaz Albaniyasına aiddir?
- Tiqranakerti deyirsiz? Yox-yox. Əgər Qafqaz Albaniyasına aid olsa, onda bizə də aiddir.
- Qafqaz Albaniyası ilə bağlı hansı arxeoloji tədqiqatlar aparılır?
- Onunla əlaqədar Qaxda, Şəkidə qazıntılar aparılır. Ekspedisiyamız Qaxdan təzə qayıdıb. Orda bir kilsə tapıblar. Kilsənin üstündə erməni yazıları var. Bizim alim ora getdi və təsdiqlədi ki, o kilsə erməni kilsəsi olmayıb, ermənilər bu bölgəyə gələndən sonra kilsənin üstünə o yazıları vurublar. Biz müəyyənləşdirmişik ki, həmin kilsə Alban kilsəsidir.
- Son günlər Gürcüstanla sərhəddə yerləşən David Qareci məbədi ilə bağlı mübahisələr də gündəmdədir. Gürcülər məbədin onlara məxsus olduğunu iddia edirlər...
- Bəli, iddia edirlər. David Qareci məbədi bizə məxsusdur, alban kilsəsidir. Biz əvvəllər, yetmişinci illərdə orda qazıntılar aparmışıq, lakin yenidən tədqiqatları davam etdirmək niyyətindəyik.
- Necə düşünürsünüz, David Qareci gürcülərə güzəştə gedilə bilər?
- Sözsüz ki, bu kilsə gürcülərə verilməməlidir. David Qareci alban kilsəsidir, bizim tariximizin bir hissəsidir, bizdə də qalmalıdır.
- Gürcü arxeoloqları orda arxeoloji qazıntılar aparırlar?
- Aparmaq istəyirlər. Amma hələ ki, bizim tərəfdən razılıq verilmir.
- Maisə xanım, bir sıra xarici muzeylərdə Azərbaycana aid arxeoloji nümunələr saxlanılır. Onların bəziləri hətta ermənilərin adına çıxılır...
- Tamamilə doğru buyurursunuz. Mən sizə bir nümunə deyim. Hələ XIX əsrdə Azərbaycana gələn fransız Jak de Morqan Lerikdə qazıntı işləri görərkən antik əşyalar taparaq, onları Pari Sen-Jermen muzeyinə aparmışdı. Mən həmin muzeydə olanda Lerikdən tapılan o materialları gördüm, erməni və İran mənşəli materiallar kimi sərgilənirdi. Mən sözsüz ki, etirazımı bildirdim. Daha sonra onlara yazılar təqdim etdik, Sen-Jermen muzeyinin direktorunu Azərbaycana dəvət etdik və həqiqət öz yerini tapdı ki, Lerikdən tapılan bu materiallar bizimdir. Və bunun davamı olaraq biz hazırda Lerikdə fransızlarla birlikdə tədqiqatlar aparırıq.
- Arxeoloji qazıntı aparılan yerlərin, aşkar olunan qədim yaşayış məskənlərinin mühafizəsi necə təşkil olunur? Bildiyimiz kimi, o ərazilərin bir hissəsi bəzən əhalinin əkin sahələrinə, yaşayış yerlərinə düşür...
- Arxeoloji qazıntıların aparıldığı ərazilərin mühafizəsi, konservasiya və restavrasiyası ilə Mədəniyyət Nazirliyinin müvafiq qurumu məşğul olur. Biz yalnız tədqiqat aparırıq. Bizim arxeoloqların gücü yalnız abidələri yağışdan, qardan qorumaq üçün üstünü müvafiq örtüklərlə örtməyə çatır. Arxeoloji abidələrimizdə konservasiya-restavrasiya işləri aparılsaydı, daha yaxşı olardı. Çünki bu, bizim mədəni mirasımızdır. Təəssüf ki, çox yerlərdə kənd əhalisi də abidələrin dəyərini başa düşmür, arxeoloqlar ərazidən çıxandan sonra abidələrin içinə girir, heyvan salır, dağıdırlar.
- Arxeoloji qazıntı aparılan ərazilər qızılaxtaranların, vandalların hücumuna tez-tez məruz qalır?
- Mən sizə bir hadisə danışım. Oğuz rayonunun Kərimli kəndində 21 kurqan var. Birinci kurqan açılanda oradan xeyli qızıl əşya tapıldı. Onların içində qızıldan hakimiyyət rəmzi olan öküz başı da vardı. Mən həmin əraziyə getdim və biz gördük ki, yerə muncuqlar, qızıl əşyalar səpələnib. Arxeoloqumuz bunu belə izah elədi ki, vaxtilə kurqanı qarət ediblər, nəsə aparanda kimsə maneçilik törədib, bunlar da qızılları tökə-tökə qaçıblar.
- Bəs arxeoloqlar qızıl və ya qiymətli əşyalar tapanda onları hara təqdim edirlər?
- İçərişəhərdə Arxeologiya Muzeyi var. Lakin orda siqnalizasiya olmadığına görə biz qızıl əşyaları saxlaya bilmirik, ona görə də Azərbaycan Tarix Muzeyinə təhvil veririk. 2008-ci ildə Şərurda tapılan qızıl boyunbağını isə keçən il Heydər Əliyev Mərkəzində təqdim elədik və elə orda da mühafizə olunur. Cənubi Qafqazda tapılan ən qədim qızıl əşya həmin boyunbağı sayılır, eramızdan əvvəl 5-ci minilliyə aiddir.
- Vətəndaşlar hər hansı bir ərazidə arxeoloji qazıntılar aparmaq təklifi ilə sizə tez-tez müraciət edirlər?
- Əlbəttə, belə müraciətlər çox olur. Bu yaxında bir nəfər bura gəlib dedi ki, mən çoxlu qızıl yeri bilirəm, gəlin, bir yerdə onları qazıb çıxaraq, sonra bölüşdürək. Ona dedim ki, siz utanmırsınız? Axı o, Azərbaycan xalqının sərvətidir. Qəribədir, o cür adamların hər cür aparatları da var.
- Deməli, Azərbaycanda qızılaxtaranlar, arxeoloji abidələri yağmalayanlar çoxdur?
- Var. Amma əllərinə heç nə keçmir. Bilirsiniz, bizə, Mədəniyyət Nazirliyinə nə qədər məktub yazanlar olur? Deyirlər ki, haradasa arxeoloji qazıntı var, ekspedisiya göndərin. Biz də göndəririk, amma heç nə çıxmır.
- Vətəndaşlar arasında həyət-bacasında qazıntı zamanı tapdığı arxeoloji materialları sizə təqdim edənlər çox olur?
- Xeyr, belələri yoxdur.
- Bir müddət əvvəl institutunuzun bir əməkdaşınızın mətbuatda belə açıqlaması yayılmışdı ki, ekspedisiyaya ayrılan vəsait mənimsənilir, heç bir iş görülmür. Bu ittihamlar barədə nə deyə bilərsiniz?
- Bunlar hamısı uydurma idi. Həmin adamın müavinlə münaqişəsi yaşanmışdı, onun üçün belə danışırdı. Sonra özüm onunla söhbət apardım, mənə dedi ki, məcburiyyət qarşısında elə deyib. Ekspedisiyaya ayrılan vəsait necə mənimsənilə bilər? Buna nəzarət var. Özü də əvvəllər ekspedisiyalar aylarla gedib qalırdılar, indi Nazirlər Kabineti məhdudiyyət qoyub. Ekspedisiya müddəti yalnız bir aydır. Bir aylıq müddət isə arxeologiya aparmaq üçün çox azdır. Mən istəyirəm, Nazirlər Kabinetinə müraciət edim ki, bu vaxtı uzatsınlar.
- Belə çıxır ki, ittihamlar əsassız idi?
- Bəli. Sonra həmin adam özü də etiraf elədi.
- Ekspedisiyalar, adətən, hansı problemlərlə qarşılaşırlar?
- Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur. Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır. Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 Manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var.
- Deməli, fəhlə tapa bilmirsiz?
- Tapırıq, amma çox çətinliklə tapırıq.
- Nə əcəb Nazirlər Kabineti qarşısında məsələ qaldırmırsınız?
- Qaldırmışıq. Görək nəticəsi nə olacaq.
- Arxeologiya və Etnoqrafiya İnstitutunun başqa hansı problemi var?
- Avadanlıq problemimiz var. Dronlara ehtiyacımız var. Aparatlarımız demək olar ki, yox dərəcəsindədir. Bütün ekspedisiyalarımıza çatmır.
- Kadr çatışmazlığı da yaşayırsınız?
- Vaxtilə arxeologiya elminə gələnlər az idi. İndi o problemi yaşamırıq. Təəssüf ki, bizdə hələ də arxeologiya fakültəsi yoxdur. Universitetdə cəmi bir semestr arxeologiya dərsi keçirilir. Tələbə bir semestrə arxeologiyadan nə öyrənə bilər? Bizə arxeoloqlar, paleontoloqlar, antropoloqlar lazımdır. Arxeologiya işləri bir neçə elmin qovşağında aparılır. Buna görə də arxeologiya fakültəsinin yaradılması vacibdir. Kadr barədə bir məsələni də qeyd edim ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi zamanı cavanları cəlb etmişdik. Həmin cavanlarda arxeologiyaya maraq yaranandan sonra bizim institutda qalıb fəaliyyət göstərməyə başladılar. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan xəttinin çəkildiyi ərazidə əvvəlcə arxeoloji qazıntı aparılırdı. Həmin ərəfədə əlliyə qədər abidə tapılmışdı. O yerlərin heç birindən kəmər çəkilmədi. Əvvəlcə bizimkilər tədqiqat işləri aparır, əgər ərazi arxeoloji baxımdan əhəmiyyətlidirsə, həmin ərazidən kəmər keçmirdi.
- Son illər İslam arxeologiyası adlı sahə də yaranıb. Bizdə bu sahədə hansı işlər görülür?
- Müvafiq müqavilələr bağlamışıq, gələcəkdə bu sahədə tədqiqatlar aparılması planlaşdırılır.
- Arxeologiya turizmi ilə bağlı nə deyə bilərsiniz? Nümunə üçün deyim ki, Türkiyədə Göbəkli təpə deyilən ərazi var, turistlərin diqqətindədir...
- Turistlər gəlib arxeologiya aparılan ərazilərə baxırlar, görürlər, amma institut bunlardan vəsait əldə etmir.
Xəbərin oxunma sayı : 256
Müsahibə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV