Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Asfalt dağılıb, yağış yağan kimi palçıq dizə çıxır - FOTO

Tarix 22.02.24, 9:16

Font ölçüsü : - / +
bitmap-img6


Oğuz rayonunun 2500 nəfərə yaxın sakini olan Calut kəndinin yolu uzun illərdir bərbad vəziyyətə düşsə də, təmir işləri aparılmır.

​Bu barədə “Report”un Şimal-qərb bürosuna sakinlər məlumat verib.

​Onlar bildiriblər ki, Oğuz-Şəki magistralından Calut kəndinə qədər olan məsafə 4 kilometrdir. Yolun asfalt örtüyü sonuncu dəfə 1990-cı illərdə təzələnib. Hazırda isə asfalt örtüyü dağılıb, yolda çalalar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, kəndə gedən yolun “Yuxarı məhəllə” adlanan hissəsində vəziyyət daha acınacaqlıdır. Dağlardan gələn yağış suları yolu yuyub və dağın yamacında təhlükəli vəziyyət yaranıb. Calut sakinləri yolun təmir olunmasını istəyirlər.

Calut bələdiyyəsinin sədri Adil Şirinov​ isə bildirib ki, yolun təmiri üçün bir neçə dəfə aidiyyəti üzrə müraciət ediblər:
“Müxtəlif vaxtlarda bələdiyyənin hesabına yolda cari təmir işləri aparılıb. Ancaq yağış suları yenidən yolu dağıdıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Report”un yerli bürosuna bildirib ki, yolun yenidən qurulması üçün maliyyə vəsaitinin ayrılması gözlənilir:

“Bu yol Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calut-Malıx avtomobil yolu layihəsidir, uzunluğu 32 kilometrdir və 6 yaşayış məntəqəsini əhatə edir. Yolların yenidən qurulması dövlət proqramı çərçivəsində nəzərdə tutulur. Bu proqram çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Bundan sonra agentlik həmin yolların əsaslı şəkildə yenidən qurulmasını icra edəcək”.






Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap