Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ATV-nin “Yoxlama”sı məktəbdə qalmaqal yaratdı – VİDEO

Tarix 09.01.17, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


“ATV” telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.

AzFakt.com Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib. Məktəbin rəhbərliyi bildirir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib:

“Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olublar. Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Gələnlər məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət vermədən özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxaraq ona xəsarət yetiriblər”, – deyə məktəb rəhbərliyi yazır.

Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyatı orqanlara müraciət etdiyi bildirilir. Dünən ATV kanalında sözgüdən məktəbdə aparımış çəkilişin anonsları yayılıb və yuxarıda təsvir olunan gərginlik kadrlarda öz əksinin tapıb.

Məlumat üçün bildiririk ki, hazırda məktəbin dörddə üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından təhsil müəssisəsi üçnövbəli rejimdə işləyir.

Xatırladaq ki, əvvəllər də “Yoxlama” verilişinin çəkilişləri zamanı insidentlər yaşanıb, aparıcı Azər İsmayılov döyülüb. Belə ki, yay aylarında çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olarkən Azər İsmayılov və verilişin əməkdaşlarına fiziki zor tətbiq edilmişdi.

66892





Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap