Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb – Qalmaqal böyüyür

Tarix 14.07.19, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.

Bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bilirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.

“Bilet də təxminən 550 dollar olub. 100 dollara qədər də bankda xidmət haqqı tutulub. Kartda 14 min 400 dollar pul qalmalıydı. Kartın istifadə müddətinin başa çatmasına az qalmış Azər Xəlilov gedib ki, vaxtı uzatsın. Məlum olub ki, hesabında cəmi 350 dollar pul var. Halbuki, o, Londona bilet alandan sonra o kartdan istifadə etməyib. Yəni qalan 14 min 400 dollardan pul xərcləməyib”,- deyə mənbə bildirib.

Hesabından pulun silinməsilə əlaqədar Azər Xəlilovun şikayəti araşdırılıb. Araşdırmalardan sonra ona bildirilib ki, kart hesabındakı 14 min dollar məbləğ ABŞ-da ticarət mərkəzlərində xərclənib. Və bu xərcləmələrdən 1 ildən çox vaxt keçib. ATV rəhbəri etiraz edib, kartını heç kimə vermədiyini deyib, vəsaitin hesaba geri qaytarılmasını tələb edib. Amma bank pulu qaytarmaqdan imtina edib. Bildirilib ki, əgər kartdan oğurluq olubsa belə, bu, müştərinin özünün səhlənkarlığı üzündən baş verib.

ATV prezidenti Beynəlxalq Bankı məhkəməyə də verib. Məhkəmə iddiasında bankdan 14 min dollarla yanaşı, hüquqi yardıma görə çəkdiyi 1000 manatlıq xərci də tələb edib. Amma məhkəmə onun iddiasını təmin etməyib. Qərardan yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərin də nəticəsi olmayıb – qərar qüvvədə saxlanılıb.



Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap