Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Avro-2017-də ilk ¼ finalçılar məlum olub

Tarix 25.09.17, 4:52

Font ölçüsü : - / +
bitmap-img6


Qadın voleybolçular arasında Avro-2017 davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında bu gün növbəti oyunlar keçirilib.

Millimizin yer aldığı A qrupunda 2 görüş baş tutub. Dünən istirahət edən komandamız bu dəfə Polşa ilə qarşılaşıb. Millimiz kimi ötən günü oyunsuz yola verən Almaniya isə keçirdiyi hər iki oyunda məğlub olan Macarıstanı məğlub edib.

B qrupunda meydan sahibi Gürcüstan iki məğlubiyyətdən sonra Belarusa da yenilib. Xorvatiya isə İtaliya ilə oyunda məyus olub.

Əksər komandalar III tur matçını keçiriblərsə, C qrupunda yer alan Türkiyə ilə Bolqarıstan ikinci oyunlarına çıxıblar və bir-biriləri ilə qarşılaşıblar. Türklər ilk görüşlərində Rusiyaya uduzubsa, bolqarlar Ukraynadan üstün olublar. Bu oyunda da “ay-ulduzlar” məğlubiyyətlə barışmalı olublar.

Beləliklə, “B” qrupunda İtaliya, “D” qrupunda isə Belçikanı məğlub edən Serbiya ¼ finala vəsiqəni təmin ediblər. Qeyd edək ki, hər qrupda ilk yeri tutan komandalar birbaşa 1/4 finalda, 2 və 3-cü yerin sahibləri isə pley-offlarda mübarizə aparacaqlar.

A qrupu
Azərbaycan – Polşa – 3:0 (25:14, 25:21, 25:23)
Almaniya – Macarıstan – 3:1 (25:21, 19:25, 25:21, 25:18)

B qrupu
Gürcüstan – Belarus – 0:3 (8:25, 11:25 12:25)
Xorvatiya – İtaliya – 2:3 (23:25, 21:25, 25:19, 25:10, 11:15)

C qrupu
Boqarıstan – Türkiyə – 3:2 (25:17, 10:25, 25:16, 20:25, 20:18)

D qrupu
Belçika – Serbiya – 1:3 (26:24, 20:25, 22:25, 21:25)
Çexiya – Hollandiya – 1:3 (21:25, 15:25, 25:21, 22:25)



Xəbərin oxunma sayı : 202




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap