Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Avropa İttifaqının komissarı Azərbaycanı nümunə göstərib:“Bəzi sahələrdə qonşularımız hətta...“

Tarix 13.05.19, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzi sahələrdə qonşularımız hətta Aİ ölkələrindən belə irəli gedib. Məsələn, şirkət yaratmağın tez başa gəlməsində. Bakıda bir neçə dəqiqə ərzində internet vasitəsilə şirkət açmaq mümkün olduğu bir mərkəzdə olmuşdum. Halbuki bəzi Aİ ölkələrində belə şey hələ də yoxdur”.

“Report” xəbər verir ki, bunu Brüsseldə media üçün keçirilən dəyirmi masada Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bildirib.

“Şərq Tərəfdaşlığı” proqramının ötən 10 il ərzində həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışan komissar həmin illər ərzində proqramın iştirakçı ölkələri – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən kiçik və orta biznesin, rəqəmli iqtisadiyyatın inkişafı üçün addımlar atıldığını qeyd edib.

“Şərq Tərəfdaşlığı” ölkələri üçün rouminq haqqının ləğv olunması məsələsini araşdırdıqlarını diqqətə çatdıran Aİ rəsmisi sosial əməkdaşlıq çərçivəsində Tbilisi şəhərində ilk Avropa Məktəbinin açıldığını xatırladıb. Bundan əlavə, uğurla həyata keçirilən “Erasmus+” təhsil proqramından “Şərq Tərəfdaşlığı” ölkələrindən daha çox gəncin faydalanması üçün maliyyənin artırılmasının təklif olunduğu bildirilib.

“Enerji səmərəsinə gəlincə, son bir-iki ildə gündəmə daxil olan bu məsələ getdikcə daha çox əhəmiyyət kəsb edəcək. Təkcə iqlim dəyişikliyilə bağlı yox, həm də siyasi amillərlə bağlı, kənar tədarükçülərdən asılı olmamaq üçün”, – Y.Han qeyd edib.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap