“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Avropa bankının pulunu özünə 3 milyon 250 min manat borc verərək mənimsəyib - MƏHKƏMƏ

Tarix 22.05.24, 17:59

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O deyib ki, Kənan Rəsulov Avropa bankı ilə kredit müqaviləsini onsuz reallaşdırıb:

"Bir neçə şirkət var idi ki, onlar Kənanla parnik qurmaq üçün razılaşmışdılar. Onların arasında "Kürdəxanı şitil" və başqa bir Türkiyə şirkəti də var idi. Kənan həmin Türkiyə şirkətinə işlərin qurulması üçün 2 milyon dollar pul verməli idi. O, saxta sənəd düzəltmişdi ki, guya həmin şirkətə 800 min dollar pul ödəyib. Lakin o, bankın verdiyi kreditdən bir milyonunu özünə borc verərərək mənimsəyib".

Müttəhim qeyd edib ki, Kənan Rəsulov "Kürdəxanı şitil" ilə 2019-cu ildən işləyib. Həmin şirkət toxum satışı ilə məşğul olub. O, həmin şirkətə də pul ödəməli imiş.

Z.Hüseynzadə vurğulayıb ki, bəzi məsələlərə bağlı Kənan Rəsulovla əlaqə saxlayan zaman Dubayda olduğunu və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə müqavilə bağladığını deyib.

"Kənan Rəsulov istintaqa ifadəsində guya bankla müqaviləni mənim xahişimlə bağladağını deyib. O, 3 milyon 250 min manat vəsaiti özünə borc verərək mənimsəyib. Bunu mən yoxlama zamanı müəyyən etmişdim", - müttəhim bildirib.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.



Xəbərin oxunma sayı : 973




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap