“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avropa dizel və benzin mühərrikli avtomobillərdən imtina edir - 59 milyardlıq fond yaradılır

Tarix 30.06.22, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) ölkələri bugünlərdə Lüksemburq görüşündə iqlimin müdafiəsi ilə bağlı yeni tədbirlər planı qəbul ediblər.

AzFakt.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, plana görə, 2030-ci ildən başlayaraq Avropada daxili yanma mühərrikli yeni avtomobillər satılmayacaq.

Həmçinin, istixana qazı tullantılarına münasibətdə siyasətin sərtləşdirilməsi ilə enerji qiymətlərinin artması ilə əlaqədar əhalinin aztəminatlı hissəsi və kiçik biznesə kömək üçün ayrıca fond yaradılacaq.

Aİ-nin 27 ölkəsinin ekologiya və ətraf mühit nazirlərinin qatıldığı görüşdə qurumun karbon bazarının islahatına yönəlmiş direktiv layihələr təqdim olunub. 2035-ci ildən sonra avtomobil daxili yanma mühərriklərinin qadağan olunması, iqlim yardım fondunun yaradılması ilə yanaşı, karbon-oksid tullantılarına məhdudiyyətlər aviasiya və gəmiçilik sahələrində də tətbiq ediləcək.
Ətraflı

Nazirlər razılaşıblar ki, Aİ kollektiv surətdə atmosferdən 310 milyon ton ekvivalentində CO2 çıxarmalıdır, o cümlədən meşələrin artırılması vasitəsilə.

Habelə, "Tullantı vergisi" həm nəqliyyat, həm də isitmə üçün yanacağın qiymətinə daxil ediləcək. Kasıb əhali və kiçik müəssisələrə qiymət artımını kompensasiya etmək üçün 59 milyard avro büdcəsi olan Sosial İqlim Fondu təsis olunur. Görüş iştirakçıları ekoloji monitorinq və müəssisələrin ekoloji məsuliyyəti tədbirləri, həmçinin sənaye üçün istixana qazı tullantıları üzrə kvotaları razılaşdırıblar.

2030-cu ilədək Aİ atmosferə karbon qazı buraxılmasını 55 faiz azaltmağı, 2050-ci ilədək isə Avropanı tam karbon-neytral zonaya çevirməyi planlaşdırır.

Aİ-nin iqlim siyasəti üzrə vitse-prezidenti Frans Timmermans deyib ki, iqlim böhranı və onun nəticələri aşkardır, odur ki Avropanın ekologiya məsələlərinə yanaşmasında dəyişiklikdə ləngimək olmaz. Lüksemburq görüşündə təklif olunan tədbirləri iyulun 14-də Avropa Parlamenti təsdiqləməlidir.



Xəbərin oxunma sayı : 982




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap