Yeni nazir “1xBet“ - i bloklatdıracaq yoxsa…? “Bəxtim açılıb, neçə evlilik təklifi almışam“ - Pərvin Abıyeva MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır? Pensiyalar artırılır - Rəsmi açıqlama
Axtar
 
  • / Sosial / — 15 Fevral 2021

    Yeni nazir “1xBet“ - i bloklatdıracaq yoxsa…?

  • / Maqazin / — 02 Fevral 2021

    “Bəxtim açılıb, neçə evlilik təklifi almışam“ - Pərvin Abıyeva

  • / Sosial / — 22 Yanvar 2021

    MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır?

  • / Sosial / — 18 Yanvar 2021

    Pensiyalar artırılır - Rəsmi açıqlama

  • / Sosial / — 18 Yanvar 2021

    “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT

  • / Siyasət / — 15 Yanvar 2021

    “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)

Avropa Parlamenti “Şimal axını-2“ layihəsini dayandırmağa çağırır - Almaniya əleyhinədir...

Tarix 21.01.21, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün - yanvarın 21-də Avropa parlamentariləri qətnamə qəbul edərək Avropa Birliyini "Şimal axını -2" kəmərinin tikintisini dayandırmağa çağıracaqlar. Tamamlanmaqda olan bu kəmər Rusiya qazını Qara dənizin dibiylə Almaniyaya nəql edəcək.

Avropa Parlamenti üzvləri müxalifətçi Aleksey Navalnının həbsinə görə Rusiyaya sanksiyaları genişləndirməyə çağırırlar. Navalnı zəhərlənmədən müalicə olunduğu Berlindən Moskvaya qayıdarkən saxlanıb. Yanvarın 18-də ona 30 sutka həbs kəsilib. Müxalifətçinin daha öncəki şərti cəzanın şərtlərini pozduğu bildirilir. Onun şərti cəzası 3 il yarım real həbsləəvəzlənə bilər. Rusiya isə Navalnının buraxılmasıyla bağlı beynəlxalq çağırışları rədd edib.

Hüquqi qüvvəsi olmayan qətnamə AB-ni müxalifətçinin zəhərlənməsinə görə məsuliyyət daşıyan məmurlara sanksiyaları genişləndirərək onun həbsindəəli olanları əhatələməyə çağırır.


Parlamentarilər tələb edirlər ki, sanksiyalar Rusiya oliqarxlarını, Prezident Vladimir Putinin yaxın ətrafını, media təbliğatçılarını da əhatə etməlidir.

Qətnamədə deyilir ki, AB üzvləri Rusiyayla müxtəlif siyasi platformalarda və "Şimal axını-2" kimi layihələrdəəməkdaşlığı nəzərdən keçirməli, kəmərin tikintisini dərhal dayandırmalıdır.

Qətnaməni Avropa Parlamentindəki fraksiyalar dəstəkləyir. Avropa Xalq Partiyası (EPP), liberal ALDE qrupu, Yaşıllar, Sosial Demokratlar da dəstək verib.

EPP fraksiyasının lideri və Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi Manfred Veber “Der Spiegel Online”a deyib ki, Navalnının sinir qazıyla zəhərlənməsi və həbsindən sonra enerji məsələləri masaya gətirilməlidir.

“Bu, əlimizdəki ən güclü alətdir. "Şimal axını-2" daha çox təzyiqə nail olmağın yollarından biridir. Rusiyaya sadəcə, müraciət etmək yetərli deyil”, -deyə o, səsvermədən öncə deyib.

Rusiyaya əlavə sanksiyalar üçün AB-nin 27 üzvünün yekdil razılığı lazımdır.AB-nin xarici işlər nazirləri məsələni gələn həftə müzakirə edəcəklər, ancaq Navalnıyla bağlı hüquqi proseduralar bitməyənəcən konkret qərarlar verilməyə bilər.

"Şimal axını-2"-ni dayandırmaq üçün Almaniya hökumətinə təzyiq artır. Bu kəmər Rusiyadan Almaniyaya çəkilmiş Şimal axını qaz kəmərinin gücünü ikiqat artırmalıdır. ABŞ hökuməti, AB-nin bəzi üzvləri kəmərin tamamlanmasını önləməyə çalışırlar. Onların mövqeyincə, bu layihə Rusiyanın Avropanın enerji təchizatında rolunu gücləndirəcək, Ukraynanın Rusiya qazı üçün tranzit ölkə rolunu kəsəcək.

Yanvarın 19-da Birləşmiş Ştatlar Rusiyanın kəmərdüzən gəmisinə sanksiya tətbiq edib. Kəmərin tikintisinin 94 faizi tamamlanıb.

Tənqidlərin artmasına baxmayaraq, Almaniyanın İqtisadiyyat Nazirliyi yanvarın 20-də bəyan edib ki, layihəylə bağlı planları dəyişməyib. (azadliq.org)



Xəbərin oxunma sayı : 364

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda