Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Avropa Yayım İttifaqı:“Rusiya “Eurovision-2017”-də iştirak etməyəcək“

Tarix 14.04.17, 5:12

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib.

Müvafiq bəyanat müsabiqənin saytında dərc edilib.

Müsabiqənin nümayəndələri Rusiyanın tədbirdə iştirak etməsi üçün həll variantı  tapmağa cəhd etdiklərini qeyd edib. Rusiya təmsilçisi Yuliya Samoylovaya videokörpü vasitəsilə çıxış etmək təklif olunub. Bundan başqa, Təşkilat Komitəsi təmsilçinin əvəzlənməsi imkanının da olduğunu bildiriblər.   

“Təəssüf ki, hər iki variant “Birinci kanal” tərəfindən rədd olunub. Kanal rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək. Biz həqiqətən istərdik ki, 43 ölkənin hamısı müsabiqədə iştirak etsin və bunun üçün əlimizdən gələni etdik”, – deyə bəyanatda qeyd olunub.   

APA 



Xəbərin oxunma sayı : 124




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap