“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?

Tarix 07.09.26, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda sərnişin avtobusları üçün tətbiqinə başlanılan "brutto müqavilə” modelinin ictimai nəqliyyatın keyfiyyətinə təsiri müəyyən müddət keçdikdən sonra qiymətləndirilə bilər.

AzFakt.com xəbər verir ki, bunu "BakuPost”a iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, yeni sistemin nəticələrini dəyərləndirmək üçün ən azı iki ay gözləmək lazımdır. Onun sözlərinə görə, Azərbaycanda avtobus sisteminin böyük hissəsi "BakuBus”ın nəzarətindədir və şirkət dövlət müəssisəsi olduğu üçün dövlət tərəfindən maliyyələşdirilir.

Ekspert qeyd edib ki, "brutto müqavilə” modeli bir sıra ölkələrdə də tətbiq olunur. Lakin həmin ölkələrdə bu cür müqavilələri əsasən bələdiyyələr bağlayır və avtobus xidmətləri onların səlahiyyətində olur.

N.Cəfərli bildirib ki, Azərbaycanda sistemin necə işləyəcəyi və hansı nəticələr verəcəyi yalnız müəyyən müddət keçdikdən sonra məlum olacaq.

Qeyd edək ki, "brutto müqavilə” modelində daşıyıcılara sərnişin sayından asılı olmayaraq, qət etdikləri məsafəyə və xidmətin keyfiyyətinə görə ödəniş edilir.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap