Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Avtomobil idxalı ilə bağlı sərt qərar: bir ay vaxt

Tarix 30.03.23, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.

Nazirlər Kabinetinin qərarı artıq sifariş edilmiş və ölkəyə gətirilməkdə olan avtomobillərin taleyi haqqında sualların yaranmasına səbəb oldu. Məsələnin hüquqi tərəfləri haqqında Oxu.Az-a danışan iqtisadçı Rəşad Həsənov düşünür ki, vətəndaşlara külli miqdarda ziyan dəyməməsi üçün qadağanın qüvvəyə minmə müddəti bir aydan altı aya qədər artırılmalıdır: “Qanunvericiliyə uyğun olaraq, məhsula münasibətin formalaşması onun gömrük ərazisinə daxil olduğu tarixdən götürülür. Avtomobillər kifayət qədər yüksək dəyəri olan məhsullar hesab edilir. Yəni bu, kiçik əşyalar, geyim və sair ləvazimat deyil ki, əhaliyə dəyən ziyanın miqdarı az hesab edilsin. Ona görə bənzər qərarlar qəbul edilərkən, bu istiqamətdə yaranacaq zərərlər və risklərlə bağlı vətəndaşlara məlumat verilməlidir. Bunun üçün müəyyən mexanizm təklif edilməlidir. Hökumət planları ilə əlaqədar əhalini əvvəldən maarifləndirmir və insanlar qərar ortaya çıxanda xəbərdar olurlar. Vətəndaşların bu risklərdən sığortalanması üçün hərəkət imkanları məhdudlaşır.

Elə avtomobillər var ki, artıq xaricdən alınıb, yoldadır. Bəzi hallarda əhali avtomobilləri “qara bazar”dan, ikinci əl bazarlardan əldə edir. Bu zaman avtomobilin qaytarılması mümkünsüz olur. 30 gün müddətində həmin avtomobillər ölkəyə gəlib çatmazsa, vətəndaşların külli miqdarda itkiləri yarana bilər. Xarici ölkələrdən gətirilən avtomobillərin Azərbaycana çatdırılması bir aydan altı aya qədər vaxt alır. Bu, sifariş edilən ölkə ilə məsafədən, nəqliyyat-daşıma imkanlarından asılıdır. Üstəlik, Rusiya-Ukrayna müharibəsi fonunda avtomobillərin ölkəyə qısa müddətdə gətirilməsi bir az da çətinləşib. Ona görə hesab edirəm ki, ya insanlara müəyyən güzəştlər edilməli, ya da proses mərhələli şəkildə həyata keçirilməlidir. Birdən-birə belə sərt qərarın ortaya qoyulması, cəmi bir ay vaxt tələbi düzgün deyil. Vaxtın dəyişdirilməsinə, sifarişçilərə güzəştlərin edilməsinə ehtiyac var”.



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap