“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

17 milyonluq “Sabah”a qarşı milyardlıq klublar - Rəqiblərin heyət dəyəri məlum oldu

Tarix 28.08.26, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində qarşılaşacağı rəqiblərin heyətlərinin ümumi bazar dəyəri məlum olub.

AzFakt.com xəbər verir ki, , UEFA-nın püşkatmasına əsasən “Sabah” liqa mərhələsində “Barselona”, “Borussiya Dortmund”, “Napoli” və “Slaviya Praqa” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq.

"Transfermarkt" portalının məlumatlarına əsasən, Azərbaycan çempionunun rəqibləri arasında heyətinin bazar dəyərinə görə ən bahalı klub İspaniya nəhəngi “Barselona”dır. Kataloniya təmsilçisinin futbolçularının ümumi bazar dəyəri 1 milyard 48 milyon avro təşkil edir.

İkinci pillədə İngiltərə klubu “Arsenal” qərarlaşıb. London təmsilçisinin heyətinin ümumi bazar dəyəri 1 milyard 45 milyon avro qiymətləndirilir.

“Sabah”ın digər rəqibləri arasında İngiltərənin “Mançester Yunayted” klubu 929 milyon avro ilə üçüncü, Almaniyanın “Borussiya Dortmund”u 530 milyon avro ilə dördüncü, İtaliyanın “Napoli”si isə 459 milyon avro ilə beşinci sıradadır.

İspaniyanın “Vilyarreal” klubunun heyəti 332 milyon avro, Çexiyanın “Slaviya Praqa”sının heyəti 114 milyon avro, Norveçin “Vikinq”inin futbolçuları isə 49 milyon avro dəyərindədir.

“Sabah”ın öz heyətinin ümumi bazar dəyəri isə 17 milyon avro qiymətləndirilir.



Xəbərin oxunma sayı : 115




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap