“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Nepaldan və Tibetdən dəhşətli xəbərlər - İtkin düşənləri 700-dən çoxu xarici turistlərdi

Tarix 27.08.26, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Nepal və Tibetdə baş verən qəfil və dağıdıcı daşqınlar nəticəsində azı 165 nəfər həyatını itirib, 1500-ə yaxın insan isə itkin düşüb. Yüzlərlə insanın taleyindən xəbər alınmaması səbəbindən polislər həlak olanların sayının kəskin artacağını gözləyirlər. Axtarış-xilasetmə əməliyyatları aramsız davam etdirilir.

"Reuters" agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, itkin düşənlərin arasında 700-dən çox xarici ölkə vətəndaşı var.Daşqın zonasına düşən xaricilərin siyahısı aşağıdakı kimidir:

Hindistan vətəndaşları: 177 nəfər

Çin vətəndaşları (KXR MİN məlumatı): 100 nəfər (Nepalın daşqın zonasında)

ABŞ vətəndaşları: 63 nəfər

Ukrayna vətəndaşları: 53 nəfər

Avstraliya vətəndaşları: 34 nəfər

Eyni zamanda Böyük Britaniya, Kanada, Almaniya, Cənubi Koreya və Yaponiyadan olan çoxlu sayda turist də itkin düşənlər arasındadır.

Məlumata görə, həlak olanlar və itkin düşənlər arasında hinduistlər və buddistlər üçün müqəddəs sayılan Kaylas dağına və Manasarovar gölünə ziyarətə (həccə) gedən zəvvarlar da var.

Dəhşətli daşqına çərşənbə günü səhər saatlarında baş verən zəif zəlzələ səbəb olub. Zəlzələ dağlarda güclü torpaq sürüşməsinə yol açıb. Qaya və torpaq kütləsi Trişuli, Bhati Koşi və Narayani çaylarının məcrasını kəsərək təbii bəndlər yaradıb.

Suyun sürətlə yığılması nəticəsində çaylar məcrasından çıxıb; palçıq və daş qarışıq dəhşətli su axını sahilyanı yaşayış məntəqələrini yuyub aparıb. Güclü sel Nepal ilə Çin arasındakı sərhəd-keçid məntəqəsini də tamamilə dağıdaraq sıradan çıxarıb.

Hazırda fəlakət zonasında 5 mindən çox hərbçi və polis əməkdaşı xilasetmə işlərinə cəlb olunub. Ən çox zərər çəkmiş və yolları bağlanan dağlıq rayonlara Hindistan tərəfindən təmin edilən çadırlar, ərzaq və ilkin tələbat malları helikopterlər vasitəsilə havadan atılır. Bölgədə hava şəraitinin mürəkkəbliyi xilasedicilərin işini ciddi şəkildə çətinləşdirir.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap